Məcburi köçkünlərin statusu qüvvədə qalacaq


Musa Quliyev: "İmtiyazlar onlar öz dədə-baba yurdlarına qayıdana qədər davam edəcək"
İşğaldan azad edilmiş ərazilərdəki öz dədə-baba yurdlarına qayıdana qədər məcburi köçkünlərin statusu qüvvədə qalacaq.
Versus.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, məcburi köçkünlərin statusu hələlik ləğv edilməyib.
“Onların övladlarının təhsil haqqından azad edilməsi də hələ qüvvədədir. Bu imtiyazlar onlar öz dədə-baba yurdlarına qayıdana qədər davam edəcək”, - deyə M.Quliyev əlavə edib.
Xəbər lenti

Qənirə Paşayeva konfransda dünya azərbaycanlılarına çağırış etdi
"Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq"