Pyotr türklər haqqında nə deyib?

09:51 15-02-2021 | icon 71 | Tarix
Pyotr türklər haqqında nə deyib?

"...Üç türkü isə heç vaxt birləşməyə qoymayın"

 

Pyotr türklər haqqında belə deyib: 1 türk bir alman alayıdır, 2 türk bir alman ordusudur, 3 türkü heç vaxt birləşməyə qoymayın!

 

Rusiyanı 1682 - 1725 illər arasında idarə edən I Pyotr haqqında xeyli məlumat yayılıb.

O, bütün dünyada "böyük Petro” kimi tanınsa da, onu "dəli Petro" adlandıranlar da olub. Bu, onun qəribə davranışlarına görə Osmanlı səfirlərinin verdiyi ləqəb idi. Çar olduqdan bir müddət sonra Avropa turuna çıxan Pyotr bu turda kimliyini gizləyərək bir çox müşahidələr edib, gəmiqayırma zavodlarında işləməyi və gəmi düzəltməyi öyrənib. Lakin bu səfər zamanı qaldığı yerlərdə sərxoş olub hər yerə zərər verib.

 

Koleksiyon haline getirdiği şeylerden anladığımız gibi cücelere, devlere ve genel olarak farklı görünen her şeye ilgisi vardı.

Rusiya imperatoru 7 may 1682-ci ildə qardaşı V İvanla birlikdə taxta çıxıb, 1696-cı ildə qardaşının vəfatı ilə Çar Rusiyasının yeganə hakimi olub. Döyüş meydanında qazandığı ard-arda qələbələrlə, rus çarlığını Avropanın güclü dövlətləri sırasına daxil etib, Azov və Baltik dənizi sahillərindəki liman şəhərlərini ələ keçirərək rus donanmasının da əsasını qoyub. Həmçinin ölkədə mədəni, elmi və sosial islahatlar apararaq, müasirləşmə hərəkatına rəhbərlik edib. Pyotrun islahatları ölkədə uzun müddət tədbiq edilib və hökumət strukturunun bir çox qurumları məhz bu dönəmdə yaradılıb.



Deli Petro ile ilgili görsel sonucu

Bəzən elə olurdu ki, I Pyotr sadə geyimdə, tanınmaz halda şəhəri gəzintiyə çıxırdı və sadə insanlarla söhbət edirdi. Günlərin bir günü I Pyotr meyxanada oturub əsgərlərlə pivə içib. Əsgərin biri içki almaq üçün öz qılıncını girov qoyur. I Pyotr çox təəccüblənir. Əsgər isə cavab verir ki, hələlik qınına qılınc əvəzinə taxta qoyacaq, əmək haqqını alıqdan sonra isə yenidən qılıncını geri alacaq.
Səhər I Pyotrun özü alaya gedir və baxış aparır. I Pyotr əsgər sıralarını gəzir və həmin əsgəri tanıyır, onun qarşısında dayanır və deyir: "Mənim başımı qılıncınla vur!".



Əsgər qorxur və çarı vurmayacağını deyir.



Çar səsini yüksəldərək deyir: “"Başımı vur dedim! Yoxsa səni elə bu an əmrimə itaət etmədiyin üçün dar ağacından asacaqlar!"


Əsgər əmrə itaət etməli olur. O, taxta qılıncını götürür və ucadan deyir: "Tanrım, mənim qılıncımı taxta et!". Daha sonra isə o, qılıncını çara vurur. Zərbədən taxta qılıncın qırıntıları ətrafa uçur.

 
Bütün alay heyrətlənir və deyir: “Tanrı bizə bir möcüzə bağışladı!”. Çar bığlarını burur və yavaşdan deyir: “Hazırcavabsan!”. Daha sonra o, alayın komandirinə bunları deyir: “Əsgərin qını təmiz olmadığı üçün 5 sutka cəza! Daha sonra isə o, şturman məktəbinə göndərilsin!”.



“Kunstkamera” adıyla anılan bir müze kurdurdu ve bu müzede kavanozlarda saklanan yapışık, çift başlı ve engelleri olan ceninler ya da benzer engellere sahip hayvanların iskeletlerini görmek mümkün.

Pyotr avropalı görünüş istədiyi üçün bir dönəm xalq arasında saqqal uzatmağı qadağan edib. Bundan əlavə saqqal uzatmaq istəyənlər saqqal vergisi ödəməli idilər.

Pyotr "Kunstkamera" adlı bir muzey qurub və bu muzeydə birləşmiş, cüt başlı və əlil döllərin, yaxud buna oxşar qüsurlu heyvanların skeletlərini görmək mümkündür.

Belə şeylərlə çox maraqlanan Petro bütün bunları toplayaraq böyük bir muzeyə çevirib. Muzeydə diş problemləri olan dostlarının şəxsən çəkdiyi dişlərini və digər insanların dişlərini də görmək mümkündür. Topladıqlarından da göründüyü kimi Petro cırtdanlar, nəhənglər və ümumiyyətlə, fərqli görünən hər şeylə maraqlanırdı. Pyotr Fransadan nəhəng bir adam gətirib, ətrafında özü ilə gəzdirirdi və bu adam öldükdə skeletini muzeyə qoyub. Moskvanı sevməyən Petro Avropaya güvənərək bir paytaxt inşa etmək istəyib.



I. Petro petersburg ile ilgili görsel sonucu

Beləliklə Pyotr 1917-ci ilədək Rusiyanın paytaxtı olan Sankt-Peterburq şəhərinin təməlini atıb.

Petro İsveçlə müharibə zamanı daha çox top və tüfəng istehsal etmək üçün dəmir kifayət etmədikdə, Rusiyanın bütün dəmir ehtiyatlarını buraya yönəldib. Bu da yetmədikdə kilsə zənglərinin dəmirləri də daxil olmaqla bir çox şeyi əridib, top-tüfəng hazırlamaq üçün göstərişlər verib.



Tarixçilərin ümumi fikrinə görə ermənilərin Azərbaycan torpaqlarına geniş miqyaslı köçürülməsinin əsası I Pyotr tərəfindən qoyulub . Həmin bu fikir “Russkiy Vestnik” sənədlər toplusunun 1867-ci il buraxılışında da qeyd olunub.



Belə ki, I Pyotr aydın şəkildə ermənilərin Azərbaycan torpaqlarında, xüsusilə Bakı ətrafında və Dərbənd şəhərinin mərkəzində yerləşdirilməsinin vacibliyini bildirib. Məqsəd Rusiya İmperiyasının şərqdə siyasətini və gələcəkdə işğalları həyata keçirmək üçün ermənilərdən daxildə iğtişaşlar və siyasi gərginliklər yaratmaq üçün istifadə etmək olub.

 

Deli Petro ile ilgili görsel sonucu

Son olaraq Petronun türklərin haqqındakı fikirləri barədə də bir məqamı təqdim edirik.

Pyotr türklər haqqında belə deyib:

1 fransız Don Juandır, 2 fransız burjua inqilabı, 3 fransız parlamentdir;
1 alman əsgərdir, 2 alman 1 alaydır, 3 alman bir ordudur;
1 türk bir alman alayıdır, 2 türk bir alman ordusudur, 3 türkü heç vaxt birləşməyə qoymayın!

 

Avrupai bir dış görünüş istediği için sakal uzatmayı yasakladı, sakalını uzatmak isteyenlerin ise sakal vergisi vermesini zorunlu hale getirdi.

1723-cü ilin qışında səhhəti pisləşən Pyotrun ifrazat yollarında problemlər yaranmağa başlayıb. Çox keçmədən 1724-cü ilin yayında bir qrup saray həkiminin iştirakıyla əməliyyat edilən Pyotr bir neçə ay yatalaq qalıb. Vəziyyətinin nisbətən yaxşılaşması ilə ayaqlanan çar, oktyabr ayında yeni bir səyahətə çıxıb. Ancaq bu səyahətdə səhhəti pisləşib və 1725-ci ilin yanvar ayında xəstəliyi yenidən alovlanıb. Xəstə yatağındaykən qızı Annanı yanında istəyən çar 8 fevral 1725-ci ildə səhərə yaxın saat 4-də vəfat edib. Aparılan tədqiqatın ardından ölüm səbəbi olaraq əməliyyat yarasına infeksiya bulaşması göstərilib. Cənazəsi Sankt-Peterburqdakı Müqəddəs Pyotr və Pavel Kafedralında dəfn edilib.(Yeni Müsavat)

 

GÖZƏL
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

“8 Noyabr” stansiyası istismara hazırlanır