Toyların keçirilmə ehtimalı ilə bağlı RƏSMİ AÇIQLAMA

10:32 15-02-2021 | icon 29 | Sosial
Toyların keçirilmə ehtimalı ilə bağlı RƏSMİ AÇIQLAMA

Kafe və restoranların içində məsafə olduğu kimi şadlıq saraylarının ərazisi də böyükdür. Şadlıq saraylarında bir stolda 5-6 nəfərin əyləşməsi və məsafələrin qorunması üçün daha geniş imkanlar var.

 

Versus.az xəbər verir ki, belə olan təqdirdə şadlıq saraylarına qoyulan qadağanın, məhdudiyyətlərin qarşıdakı günlərdə yumşaldılmasına baxılması zərurəti yaranıb.

 

Mövcud məsələ ilə bağlı Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov danışıb. O bildirib ki, bu məsələ şadlıq sarayları və onların rəhbərliyi tərəfindən qaydalara nə dərəcədə riayət edilməsinə bağlıdır:

 

"Bundan başqa onların üzərində nəzarəti kim təmin edəcək? Bələdiyyələr, sanitar epidemioloji xidmətlər, tibbi qurumlar, yoxsa polis əməkdaşları? Çünki buna nəzarət olmalıdır. Digər tərəfdən şadlıq sarayları və toy məclisləri ilə bağlı problem masalarla bağlı deyil.

 

Bir çox mütəxəssislər daha çox insanların sıx təmasda olması və alkoqollu içkilərdən istifadə nəticəsində qaydaların pozulma ehtimalı oynamaq, rəqs və s. əlaqələndirir. Misal üçün biz həmişə demişik ki, kontakt idman növləri problemdir. Amma yarışdırsa, hamı yoxlanılır və ora gedə bilərlər. Lakin gündəlik idmanla məşğul olanlar barədə deyə bilmərik ki, o yoluxub, yoxsa yoluxmayıb. Evdə yoluxan şəxs idmana gəlməklə digərlərini də yoluxdura bilər.

 

Toylarda rəqs qadağan edilsə belə, ən böyük risk nəzarətin nə dərəcə təmin edilə bilməsindədir. Şadlıq saraylarını hər gün gedib yoxlamaq, orada insanları cərimələmək böyük iş tələb edir. Polis əməkdaşları və tibb işçilərinin kifayət qədər işi var. Ona görə bəzən dövlət tərəfindən daha az problem yaradan həll yolu seçilir".

 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

Nevroloji xəstəliklərin 9 əlaməti – TƏCİLİ HƏKİMƏ

Nənə nəvələrindən 19 milyon dollar təzminat aldı

İnsanı öldürə bilən 6 qidadan biri - BADIMCAN

İçdiyimiz çay hansı halda xərçəng yaradır?

...İnsanlar acından deyil, toxluqdan ölür

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

Diareya – ishal barəsində nələri bilmirik?

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT