Komitəsinin sədri şəhid Rövşən Vəlixanovun ailəsi ilə görüşüb


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Rövşən Vəlixanovun ailə üzvləri ilə görüşüb və hər zaman yanınızdayıq deyib.
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva Tovuz rayon, Qaraxanlı kənd sakini, Vətən Müharibəsinin şəhidi Rövşən Aydın oğlu Vəlixanovun ailə üzvləri ilə Milli Məclisdə görüşüb.
Millət vəkili ailənin qayğıları ilə maraqlanıb və öz ürək sözlərini bölüşüb:
"İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid ailələri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Rövşənin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Rövşən Vəlixanov müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi quluqçusu idi. O, Murovdakı döyüşlərdə şəhid olub. Onun kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm"!
Şəhidin ailəsinə Mədəniyyət Komitəsi adından Məktub təqdim olunub.
Versus.Az
Xəbər lenti

Daha bir məktəb koronavirusa görə bağlandı
106 nömrəli tam orta məktəbin bağlanması məsələsinə aydınlıq gətirildi