Zavodda nöqsanlar aşkarlandı

13:43 15-02-2021 | icon 31 | Sosial
Zavodda nöqsanlar aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən zavodda plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

 

Belə ki, müəssisənin ərazisi, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtaşırı yanar tullantılardan təmizlənməyib, inzibati bina və istehsal sahəsi normalara uyğun təxliyə çıxışları ilə təmin olunmayıb, bina və qurğular avtomatik yanğın xəbərverici siqnalizasiya və tüstüxaricetmə qurğuları ilə, yanğına qarşı su təchizatı sistemləri ilə təmin edilməyib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, qeyri-standart elektrik qızdırıcı cihazlarından və odun sobalarından istifadəyə yol verilib, insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyə planı” tərtib edilməyib, obyektdə mövcud olan istismar müddəti başa çatmış odsöndürənlərin tərkibi yenisi ilə əvəz edilməyib, obyektin tələb olunan zəruri sahələri ilkin yanğınsöndürmə alət və vasitələri ilə təmin olunmayıb, yanğın su hovuzu saz vəziyyətə gətirilməyib, yanğın texnikasının su mənbəyinə yaxınlaşması və manevr edə bilməsi üçün normalara uyğun meydança təşkil edilməyib, yanğınların söndürülməsi üçün istifadə edilən yanğına qarşı su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın inventarları saxlanılan sahələrə sərbəst yaxınlaşmaq üçün keçidlər tutulub, daşınmaz əmlakın icbari sığortası həyata keçirilməyib, ərazinin gecə vaxtı işıqlandırılması təmin olunmayıb.

 

Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən zavodda Rəngləmə sexində işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

“8 Noyabr” stansiyası istismara hazırlanır