Üç uşaq atası özünü asdı


Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında Amankənd kəndində qeydə alınıb.
Belə ki, kəndin sakini, 1981-ci il təvəllüdlü İsaq Ədalət oğlu Buludov özünü asıb. Onun nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, İ.Buludov ailəli idi, üç uşağı var.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər lenti

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"
Məhəmməd Əsədullazadə: "Prezidentin məhz bu açıqlaması Moskvaya mesajıdır"