Partiyaların dialoq naminə ümumi toplantısı mümkündür?

17:13 15-02-2021 | icon 124 | Siyasət
Partiyaların dialoq naminə ümumi toplantısı mümkündür?

Azərbaycandakı siyasi partiyalar Vətən müharibəsi dövründə demək olar ki, həmrəylik nümayiş etdirdilər. Müharibə artıq geridə qalıb və ölkədə yeni siyasi mühit yaranıb. Bu şəraitdə bütün partiyaların iştırakı ilə siyasi dialoq naminə ümumi toplantı keçirilə bilərmi?

 

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib ki, belə bir iclasın keçirilməsi zərurətdir:

 

“Belə bir iclas niyə də olmasın. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi hazırda da siyasi partiyalarla onlayn konfrans formatında görüşlər keçirir. Təbii ki, pandemiya bitdikdən sonra fiziki olaraq bütün siyasi partiyaların iştirakı ilə bir görüşün keçirilməsi vacibdir, həm də zərurətdir. Çünki belə bir iclaslarda məsələlər qaldırılır, müzakirələr aparılır, siyasi dialoq mühiti yaradılır. Bu tip təmaslara çox isti yanaşırıq. Mən hesab edirəm ki, hazırkı tədbirlər onlayn keçirilibsə, pandemiya qurtarandan sonra siyasi partiyalarla birgə siyasi dialoqlar aparılacaq və görüşlər keçiriləcək”.

 


Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərlinin sözlərinə görə, ölkədə yeni konstitusiyanın işlənilməsi daha ciddi və pozitiv nəticələr verə bilər:


“Belə bir təşəbbüs olsa və onun gündəliyi ölkədəki siyasi, iqtisadi və ictimai vəziyyətlə əlaqəli açıq müzakirələr tələb edən iclas olsa, təbii ki, ReAl partiyası da bu formada iştirak etməyə hazırdır. Çünki bizim illərdir səsləndirdiyimiz təkliflər, indiki dövrə aid öz fikirlərimiz və bəzi ciddi dəyişikliklərlə bağlı mövqeyimiz də var. Belə bir formada görüşün keçirilməsi əgər doğrudan da gələcəkdə ciddi struktur və institusional islahatlara kömək edəcəksə, təbii ki, görüşmək mümkündür. Amma daha yaxşı olardı ki, ölkədəki ictimai sazişin yenilənməsi üçün bütün siyasi partiyaların iştirakı ilə yeni konstitusiya məsələsi gündəmə gəlsin. Yeni konstitusiyanın işlənilməsi ilə bağlı fikir mübadiləsi və diskusiyalar aparılsın. Bu daha ciddi və pozitiv nəticələr verə bilər”.

 

Böyük Qurtuluş Partiyasının başqanı, deputat Fazil Mustafa qeyd edib ki, ümumi iclasın keçirilməsi bir qədər çətin reallaşa bilər:

 

“Əgər partiyalar eyni blokdadırsa, keçirə bilərlər. Əks halda, birgə iclasın keçirilməsi mümkün deyil”. /modern.az/

Xəbər lenti

Qənirə Paşayeva konfransda dünya azərbaycanlılarına çağırış etdi

"Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq"

"Ən vacib amillərdən biri itkilərin az olması idi"

VHP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

 “Rusiya öz hərbi bazasında Ermənistan üçün yeni ordu yaradır” - MÜSAHİBƏ

ABŞ yenidən qapılarını əcnəbilərin üzünə açdı

Deputatdan yaşlı qadınların küçələri qardan təmizləməsinə NARAZILIQ

“Xocalı Nişanəsi” adlı qısametrajlı film təqdim edilib

“Ana harayı” abidəsini ziyarət fərqli təşkil ediləcək

Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

Komitə sədri QMƏVŞİB Tovuz rayon şöbəsinin sədri və şəhid ailəsi ilə görüşüb

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Azərbaycan və Pakistan parlament dostluq qrupları Xocalı soyqırımına həsr olunmuş görüş keçirib

XOCALI SOYQIRIMI Türkiyə Böyük Millət Məclisində ANILDI

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

"Yaxşı olardı ki, “onların eyni millət olmadığı” fikirləri dost olduğu ermənilərə desin"

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Ölüm qorxusu - Həyat eşqi

880 yaşlı söz bağçasının həmişəbahar gülləri...

Millət vəkili şəhid Teymur Abbasovun ailəsi ilə görüşüb

Bu telekanalları izləyənlər CƏRİMƏLƏNƏCƏK

“Milan” son anda üzüldü

Tramp tərəfdarlarının yeni iğtişaşa hazırlaşdığı ehtimal edilir

“What Armenians did in Karabakh?” adlı videoçarx hazırlanıb

"Bu, sondur, “artsax” olmayacaq"

Tələbəni təhqir edən kollec direktoru CƏZALANDIRILDI

Məktəblərdən biri koronavirusa görə BAĞLANDI

Xocalı qətliamının ildönümü ilə bağlı daha bir BƏYANAT

Tikinti şirkəti qanunsuz sökdüyü obyekti bərpa etmək istəmir