Köçkünlərin doğma yurda qayıdışına HAZIRLIQ

17:23 15-02-2021 | icon 158 | Cəmiyyət
Köçkünlərin doğma yurda qayıdışına HAZIRLIQ

Fevralın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin məlumatında bildirilib.

 

Məlumata görə, görüşdə qonağa Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində son otuz ildə Azərbaycanın üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində görülən işlər, həmçinin işğaldan azad olunmuş ərazilərdəki vəziyyət, məcburi köçkünlərin doğma yurda qayıdışına hazırlıq barədə məlumat verilib.

 

Qeyd edilib ki, Prezident İlham Əliyev rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Bu kateqoriyadan olan insanlara qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətin əsas istiqamətlərindəndir.

 

Səfir Volfqanq Maniq səmimi qəbula görə təşəkkürünü bildirib. Regionda münaqişənin başa çatmasını və məcburi köçkünlərin geri dönməsi üçün şəraitin yaranmasını yüksək qiymətləndirən diplomat dayanıqlı sülhün bərqərar edilməsinə, icmalararası münasibətlərin və vətəndaş institutları arasında əlaqələrin bərpasına ölkəsinin yardım göstərmək istəyini ifadə edib. O, həmçinin bildirib ki, Almaniya hökuməti məcburi köçkünlərə dəstək məqsədi daşıyan layihələrin icrasını bundan sonra da davam etdirmək niyyətindədir.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

Diareya – ishal barəsində nələri bilmirik?

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Bakıda çovğun olacaq - XƏBƏRDARLIQ

Koronavirusa yoluxanların sayı yenidən 200-ü keçdi