Bu tarixdən iri ticarət mərkəzləri və "Mall"lar açıla bilər - AÇIQLAMA

14:52 16-02-2021 | icon 84 | Sosial
Bu tarixdən iri ticarət mərkəzləri və "Mall"lar açıla bilər - AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayında azalma dinamikası davam edir. Yanvarın 18-dən isə ölkə ərazisində vaksinasiya başlayıb. Vaksinasiyanın da ölkədə pandemiya ilə bağlı vəziyyəti müsbətə doğru dəyişməsi gözlənilir. Əgər yoluxma sayı azalma dinamikası ilə davam edərsə, mart ayından iri ticarət mərkəzlərinin və "Mall"ların fəaliyyətinə icazə verilə bilərmi?

 

Versus.az xəbər verir ki, bu barədə mətbuada açıqlama verən dosent Ədalət Rüstəm bildirib ki, mart ayından iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər:

 

"Əlbəttə, bu, vaksinasiyanın nə qədər insanı əhatə etməsindən asılı olacaq. Vaksinasiyadan əlavə, insanlar da, əvvəlki aylarla müqayisədə, karantin qaydalarına daha məsuliyyətlə yanaşırlar. Demək olar ki, küçədə maskasız insan yoxdur. Əgər insanlar bugünkü kimi karantin qaydalarına əməl etsə, yenidən yoluxma sayının artma ehtimalı olmaz. Yay aylarında 3-cü dalğanın başlama ehtimalı çox aşağıdır. Çünki vaksinasiya xəstəliyin yayılmasına imkan verməyəcək. Yoluxma sayı azalma ilə davam edərsə, növbəti yumşalmaların olması mümkündür. Əgər bu yumşalma yenidən yoluxma sayını artırmasa, tədricən digər obyektlərin də fəaliyyətinə icazə veriləcək. Əlbəttə, yumşalmaların nəticələrindən çox şey aslı olacaq. Əgər artım olmasa, növbəti yumşalmalara gediləcək. Mart ayında iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər".

 

Vesus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

“8 Noyabr” stansiyası istismara hazırlanır