İlham Əliyev: "Pandemiyadan sonra biz qısa müddətdə vəziyyəti bərpa edəcəyik"

15:16 16-02-2021 | icon 302 | Gündəm
İlham Əliyev: "Pandemiyadan sonra biz qısa müddətdə vəziyyəti bərpa edəcəyik"

"Sizi Azərbaycanda salamlayıram, vaxtınızın xoş keçməsini və fəal iş arzu edirəm. Mənim fikrimcə, iş çox olacaq. Ona görə ki, bizim dövlətlərarası münasibətlərin gündəliyi yetərincə genişdir, çox sahələri əhatə edir. Son illərdə biz həm siyasi, həm iqtisadi sahələrdə, həm də sənaye kooperasiyası sahəsində fəal qarşılıqlı işlər görmüşük. Əlbəttə, bu cür fəal qarşılıqlı işləri davam etdirmək niyyətindəyik".

 

Versus.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edərkən deyib.

 

"Əsas məsələ ölkələrimiz arasında dostluq münasibətləridir. Uzun illər boyu bu münasibətlər böyük potensiala, yaxşı dinamikaya malik olduğunu göstərir. Ali səviyyədə tez-tez əlaqə saxlamağımız, qarşılıqlı səfərlər, əlbəttə, münasibətlərimizin inkişafına böyük təkan verir və biz əməkdaşlığın yaxşı nümunələrini görürük. Bu, ticarət sahəsinə də aiddir. Hərçənd, pandemiya ilə əlaqədar təbii ki, bütün ölkələrdə ümumi daxili məhsulun və əmtəə dövriyyəsinin azalması müşahidə olunur. Buna baxmayaraq, düşünürəm ki, pandemiyadan sonra biz qısa müddətdə vəziyyəti bərpa edəcəyik. Bütövlükdə pandemiyadan əvvəlki son illərdə bizim ticari-iqtisadi münasibətlərin çox fəal dinamikası, idxal və ixrac etdiyimiz malların çeşidinin genişlənməsi müşahidə olunurdu.

 

Əlbəttə, sənaye kooperasiyası əməkdaşlığın mühüm istiqamətidir. Azərbaycanda Belarus-Azərbaycan müştərək müəssisələrinin yaxşı nümunələri var. Biz hətta üçüncü ölkələrin bazarlarına birlikdə çıxırıq. Fikrimcə, bu istiqamətdə əlavə addımlar atılacaq. Uzun illər boyu uğurla həyata keçirilən hərbi-texniki əməkdaşlıq mühüm sahədir. Biz hərbi-texniki əməkdaşlığın potensialını artırmaqla, o cümlədən yüksək texnologiyalar sahəsində də əməkdaşlıq edirik. Beləliklə, gündəlik yetərincə genişdir. Əminəm ki, Azərbaycanda olduğunuz müddətdə siz qarşılıqlı fəaliyyətin potensialını daha da artırmaq üçün bu məsələlərlə fəal məşğul olacaqsınız. Əlbəttə, biz əvvəl olduğu kimi, bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik. Əminəm ki, belə çoxtərəfli və çoxplanlı birgə fəaliyyət bundan sonra da ölkələrimizin yaxınlaşmasına şərait yaradacaq. Sizə uğurlu iş və Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm", dövlət başçısı bildirib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

“8 Noyabr” stansiyası istismara hazırlanır