“Azərxalça” təftiş edilir


Samir Şərifov araşdırma başlatdı
Maliyyə Nazirliyi Vidadi Muradovun "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri olduğu dövrlə bağlı araşdırmaya başlayıb.
Versus.az xəbər verir ki, Unikal.org-un məlumatına görə, Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti "Azərxalça” ASC-də yoxlamalar aparır.
Maliyyə naziri Samir Şərifovun əmri ilə adıçəkilən qurumun maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılır.
"Azərxalça” ASC-nin yarandığı dövrdən indiki zamana qədər olan müddət təftiş edilir. Həmçinin ASC-nin bütün müəssisələrində də bu araşdırmalar davam etdirilir.
Versus.az
Xəbər lenti

Karyerasını bitirdi
“Qarabağ”ın sabiq futbolçusu Miçel karyerasını başa vurub