ALDP-də yayda Qarabağa getmək planlaşdırılır


Fuad Əliyev: "Şuşada dəyirmi masa təşkil etmək olardı"
Azərbaycanın müxalif partiya liderləri indiyədək işğaldan azad olunmuş ərazilərə səfər etməyiblər. Onların Qarabağa nə zaman gedəcəkləri haqda açıqlamalarına rast gəlinmir.
Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bununla bağlı açıqlamasında bildirib ki, bu, planlarında yer alır.
Qarabağa səfər etməyi planlaşdırdığını qeyd edən partiya sədri bunu yay aylarına nəzərdə tutduqlarını vurğulayıb:
"Dövlət nümayəndələrinə səfərlə bağlı müraciət etməyi düşünmürəm. Və niyə də etməliyəm? Bəyəm biz Azərbaycanın bölgələrinə səfər edəndə kimdənsə icazə alırıq?"
Digər partiyalarla birlikdə səfər etmə məsələsinə gəlincə, Fuad Əliyev bu barədə fikirləşmədiklərini deyib:
"Təklif olsa, onu dəyərləndirərik. Amma azad olunan şəhərin birində, misal üçün Şuşada dəyirmi masa təşkil etmək olardı. Bu barədə düşünmək olar”.
LƏMAN
Versus.Az
Xəbər lenti

İstanbulda Xocalı soyqırımı ilə bağlı FOTOSƏRGİ
“Azərbaycanda baş verən hər bir pis hadisə ürəyimizi yandırır"