Millət vəkili şəhid Samir Mehdiyevin atası ilə görüşüb

22:26 18-02-2021 | icon 158 | Cəmiyyət
Millət vəkili şəhid Samir Mehdiyevin atası ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Salyan rayon sakini, Vətən Müharibəsinin şəhidi, kapitan Samir Mehdiyevin atası, tanınmış mədəniyyət işçisi Valeh Ədalət oğlu Mehdiyevlə Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, Valeh Mehdiyev şəhid zabitin həyat və döyüş yolu haqqında danışıb.

 

Valeh Mehdiyevin uzun müddət mədəniyyətimizə xidmət etdiyini, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində rolundan danışan Komitə sədri, onun öz sevgisini, tərbiyəsini böyük ölçüdə övladına da ötürə bildiyini vurğulayıb:

 

"Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş zabitimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik! Samir 2016-cı il Aprel Döyüşlərində də iştirak edib və cənab Prezidentin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub. Vətən Müharibəsində Tabor komandiri olaraq igidlik və peşəkarlıqla döyüşən oğlunuz, Füzuli rayonu ərazisində, Qaraxanbəyli istiqamətində əsgərləri ilə çiyin-çiyinə vuruşub, düşməni məğlub etdikdən sonra, qəhrəmancasına şəhid olub. Zabit oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Samir kimi hərbçilərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"!

 

Komitə adından Təbrik və Təşəkkür Məktubu təqdim edilib. Qazi və onun atası səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

Yaqub Məmmədovun ÖMÜR SALNAMƏSİ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Partiya sədri əlillərin müdafiəsinə qalxdı

"Bəzi siyasilər kamera görən kimi aktyorluq edirlər"

Millət vəkilindən toy mərasimləri ilə bağlı TƏKLİF

"Qarabağı verdi, indi də Rusiyanı Qafqazdan çıxartmaq istəyir"

Ərəb mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

Nuru Paşanın haqq dünyasına qovuşduğu gün

"...Bundan sonra vahid jurnalist vəsiqəsi tətbiq edilməlidir" - MÜSAHİBƏ