Komitə sədri Xalq rəssamını yubileyi münasibətilə təbrik edib

09:05 22-02-2021 | icon 37 | Mədəniyyət
Komitə sədri Xalq rəssamını yubileyi münasibətilə təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq rəssamı, görkəmli sənətkar Eldar Mikayılzadə ilə Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili rəssamı 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

"Hörmətli Eldar müəllim, Sizi – görkəmli xalçaçı-rəssamı, bir sıra nüfuzlu sənət birliklərinin, o cümlədən UNESCO yanında Rəssamlar Birliyinin üzvü, Azərbaycan manatının ilk eskizlərinin müəllifini 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Sizin ziyalılığınız, peşəkarlığınız, etnoqrafik yaddaşımızı böyük ustalıqla sənətdə əks etdirməyiniz Sizə böyük şöhrət qazandırıb. Əsərlərinizdə əl-ürək-ruh birliyinin təntənəsi görünür! Əsərləriniz Türkiyə, Böyük Britaniya, Rusiya, Küveyt, Səudiyyə Ərəbistanı, Fransa və başqa ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır. Siz hazırda Dövlət Rəssamlıq Akademiyasında çalışırsız, gənc nəslə sənətin sirlərini sevə-sevə öyrədirsiz. Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk"!

 

Xalq rəssamına Komitə adından Təbrik Məktubu və üzərində "Qarabağ - Azərbaycandır!" yazılmış qol saatı təqdim edilib.

 

Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib, öz sənət xatirələrini, o cümlədən ustadı Səttar Bəhlulzadə ilə bağlı maraqlı xatirələrini bölüşüb, mədəniyyət ili kimi xarakterizə olunan 2021-ci il daxil olmaqla yeni yaradıcılıq planları barədə danışıb.

Xalq rəssamı öz kitabını imzalayaraq Q.Paşayevaya bağışlayıb.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"