Ən faydalı şokoladın xüsusiyyətləri

08:33 23-02-2021 | icon 28 | Maraqlı
Ən faydalı şokoladın xüsusiyyətləri

Ən faydalı şokolad acı olanıdır, onun tərkibi 75 faiz kakaodan təşkil olunub. İçlik kimi isə ən yaxşı seçim qoz-fındıqdır.

 

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı dietoloq, nutrisioloq, Kanada Dietoloqlar Assosiasiyasının üzvü Natalya Nefedova bildirib.

 

“Əlbəttə ki, onlar özlüyündə çox yağlıdırlar, amma bu yaxşı, faydalı yağdır. Acı şokoladın tərkibində kifayət qədər faydalı olan teobromin, həmçinin sink və maqnezium da var. Qoz-fındıqda isə sağlam yağlar, əvəzolunmaz omeqa-3 mövcuddur”, - deyə mütəxəssis izah edib.

 

Təhlükəli içliklər kimi isə həkim bibər, zəncəfil, gül ləçəkləri kimi ekzotik qatqıların adını çəkib. Nefedovanın sözlərinə görə, əgər şokolad ucuz kütləvi istehsalda hazırlanırsa, onda bu içliklər təbii ola bilməz.

 

Dietoloq həmçinin gündə bir plitka şokolad yeməyin artıq çəkiyə təsiri barədə də danışıb. Onun sözlərinə görə, hər insanın gündə fərqli kilokalori norması var. Əgər şəxs ağır fiziki fəaliyyətlə məşğul deyilsə, bütöv bir şokolad plitkası əlavə kiloqramlara çevrilə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

“8 Noyabr” stansiyası istismara hazırlanır