Deputat şəhid Rasim Məmmədovun ailəsi ilə görüşüb

15:39 23-02-2021 | icon 45 | Cəmiyyət
Deputat şəhid Rasim Məmmədovun ailəsi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin mayoru, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş, "Vətən Uğrunda" medalı ilə təltif edilmiş Rasim Əbdül oğlu Məmmədovun (20.05.1977, Cəhri, Babək - 04.04.2016) ailə üzvlərini Milli Məclisdə qəbul edib.

 

Versus.Az xəbər verir ki, millət vəkili şəhid mayorun atasının 90-cı illərdə Vətən uğrunda döyüşlərdə fədakarlıqla iştirak etdiyini, ağır xəsarət aldığını və ömrünün sonunadək səhhətindəki problemlərdən əziyyət çəkdiyini vurğulayıb.

 

Q.Paşayeva, şəhid mayorun öz atasının döyüş və şücaət yolunu layiqincə davam etdirdiyini minnətdarlıqla vurğulayıb və ailənin qayğıları ilə maraqlanıb. Q.Paşayeva 44 günlük Vətən Müharibəsindəki tarixi qələbənin Rasim Məmmədov və silahdaşlarının, bütün şəhidlərimizin ruhunu şad etdiyini deyib:

 

"Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, sizə təşəkkürümüzü bildirirəm"!

 

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimizin övladlarına təhsillərində uğurlar diləyib və onlara xatirə hədiyyələri təqdim edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

“8 Noyabr” stansiyası istismara hazırlanır