“Neftçi”nin 84 yaşı tamam olur

07:17 18-03-2021 | icon 53 | İdman
“Neftçi”nin 84 yaşı tamam olur

Bu gün “Neftçi” Peşəkar Futbol Klubunun yaranmasının 84 ili tamam olur.

 

Komanda 1937-ci ilin mart ayının 18-də Bakıdakı neft sənayesi işçililəri tərəfindən yaradılıb.

 

Həmin dövrdə rus dili işlək olduğu üçün komandanın ilk adı “Neftyannik” olub. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olunub. Emblemdə neft buruğunun fonunda kiril əlifbasının “H” hərfi – “Neftyannik” sözünün birinci hərfi idi.

 

Təbii ki, “qara qızıl”ın da rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər “ağ qızıl” adlandırılan pambıq da Azərbaycan SSR-in şöhrətlənməsində neftdən az rol oynamadığından qərara alındı ki, pambığın rəngi də formada əks olunsun. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən “Neftçi” ağ-qara rənglərə sadiq qaldı.

 

“Neftçi” ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirib. Bu, həmçinin, komandanın debüt oyunu idi. SSRİ Kubokunun 1/64 finalında o zaman “Neftyannik” adlanan komanda Bakının “Dinamo” stadionunda 5 min azarkeşin izlədiyi matçda İrəvan “Dinamo”sunu 1:0 hesabı ilə məğlub etmişdi. Pavel Ştirlinin 87-ci dəqiqə vurduğu qol “Neftçi”nin tarixində ilk qol idi. Həmin oyunun hakimi Tbilisidən olan Nikolay Larionov olmuşdu. Komandanın baş məşqçisi Aleksandr Qnezdov, kapitanı isə heyətdəki yeganə azərbaycanlı Məmməd-Əli İsmayılov idi.

 

“Neftçi” Azərbaycan futbol tarixində bir çox ilkə imza atıb. Komanda SSRİ çempionatlarında ən böyük uğurlarından birini 1966-cı ildə qazanıb. Klub vaxtilə “kiçik Avropa çempionatı” adlanan SSRİ çempionatının güclülər dəstəsində fəxri kürsüyə yüksələn ilk və yeganə Azərbaycan klubudur. Əhməd Ələsgərovun başçılıq etdiyi “Neftçi” həmin il SSRİ çempionatının bürünc medalına sahib çıxıb.

 

Azərbaycan klubları arasında ilk dəfə Avrokuboklarda qrup mərhələsinə yüksəlmiş komanda da “Neftçi”dir. 2012-ci ildə ardıcıl ikinci mövsüm çempion olan “ağ-qaralar” Çempionlar Liqasına vəsiqə qazanmış və mübarizəyə ikinci mərhələdən başlamışdı. “Flaqman” bu mərhələdə Gürcüstan çempionu “Zestafoni”ni iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıda keçirilmiş ilk matçda rəqibini 3-0 hesabı ilə məğlub etmiş komanda səfərdə rəqibi ilə heç-heçə etdi – 2:2.

 

Növbəti mərhələdə “Neftçi” İsrailin “Kiryat Şmona” klubuna uduzsa da, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək imkanı əldə etdi. Pley-off mərhələsində Kiprin APOEL klubunu iki oyunun nəticəsinə görə 4-2 (1-1,3-1) məğlub etmiş “flaqman” Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu.

 

“Neftçi” Azərbaycan müstəqillik qazanandan bu yana keçirilmiş milli çempionatların hamısında iştirak edib və 8 dəfə çempionluq qazanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Uşaqpulu mütləq verilməlidir"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!