"Onlarda o güc yoxdur, gücləri tükənib"

14:25 18-03-2021 | icon 38 | Müharibə
"Onlarda o güc yoxdur, gücləri tükənib"

Ruslan İmamquliyev: “Hadrutun azad olunması Azərbaycan ordusunun mənəvi-psixoloju ruhunu yüksəltdi”

 

Azərbaycan Ordusunun Hadrut yaşayış məntəqəsində düşmənə qarşı apardığı hərbi əməliyyatlar dünya hərb elmi üçün əhəmiyyətli hadisə hesab olunur. Şuşaya yol açan Hadrut əməliyyatının hərbi-strateji əhəmiyyəti xüsusilə vurğulanır.

 

Versus.Az xəbər verir ki, hərbi ekspert Ruslan İmamquliyev müsahibəsində Hadrut əməliyyatının əhəmiyyətini yüksək dəyərləndirib.

 

R.İmamquliyev bildirib ki, Xocavənd rayonunun tərkib hissəsi olan Hadrutun – Ağoğlan qəsəbəsinin azad olunması bölgədə olan erməni silahlı qüvvələrinin döyüş əzminin qırılması baxımından ciddi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Füzulidən başlayan və Araz çayı boyunca gedən hərbi əməliyyatların şimala, yüksəklikdə yerləşən Hadruta qədər davam etməsi və Hadrutun azad olunması qarşı tərəfdə ciddi bir psixoloji-mənəvi uğursuzluğa şərait yaratdı.

 

Hərbi ekspert qeyd edib ki, Hadrutun azad olunmasına qədər düşmən tərəfdə belə bir düşüncə var idi ki, keçmiş “Dağlıq Qarabağa” toxunulmayacaq, əməliyyatlar daha çox Dağlıq Qarabağın ətrafında gedəcək:

 

“Bu məsələ Azərbaycan insanı üçün də önəmli idi. Çünki bundan əvvəl bu şəkildə geniş miqyasl əməliyyatlar həyata keçirilməmişdi. Hadrutun azad olunması Azərbaycan ordusunun mənəvi-psixoloju ruhunu yüksəltdi. Bildiyimiz kimi, Xocavənd rayonu keçmiş Dağlıq Qarabağın bir parçası kimi görünürdü. Xocavəndin cənub hissəsi olan Hadrutun azad olunması ilə düşmən fərqinə vardı ki, bu torpaqlarda duruş gətirə bilməyəcəklər. Sadəcə keçmiş Dağlıq Qarabağ deyil, bütün ərazilərimizdə bu əməliyyatlar həyata keçiriləcək. Və biz bunun davamını gördük. Artıq növbəti əməliyyatlar daha da dərinliklərdə keçirildi. Hadrut istər sovetlər zamanında, istərsə də 30 illik işğal zamanında daha çox hərbi məntəqə kimi istifadə olunub. Əgər o bölgəyə xəritə üzərindən baxsaq görərik ki, Hadrut Füzuli, Horadiz və Araz çayı boyu, Şükürbəyli kimi məntəqələrin rahatlıqla nəzarətdə götürə biləcək yüksəklikdə yerləşir. Belə bir yüksəklikdə olan və meşələrlə əhatə olunmuş  məntəqənin azad olunması, eyni zamanda hərbi-taktiki baxımdan da əldə olunmuş bir uğur idi”.

 

R.İmamquliyev Hadrutun azad olunması ilə Şuşaya açılan hərbi yolun “yol xəritəsi”ni təqdim edərkən bildirib ki, Hadrutun azad olunması artıq bir neçə istiqamətlərdə döyüşlərin irəliləməsinə şərait yaratdı:

 

“Bunlardan biri Qırmızı Bazar ətrafında aparılan döyüşlər idi. Hadrutdan sonra növbəti məntəqələrin azad olunması isə məhz Laçın koridorunun tez bir zamanda azad olunması imkanını yaradırdı. Bundan sonrakı əməliyyatlarda məhz Güləbridin azad olunması ilə Şuşaya uzanan sıldırım qayaların, meşəliklərin artıq Azərbaycan silahlı qüvvələri tərəfindən nəzarətə götürülməsi baş verdi. Şuşaya giriş qarşı tərəfin dəyərləndirmədiyi, görə bilmədiyi sıldırım qayalardan icra olunmuş əməliyyatlar nəticəsində baş tutdu. Burda da Hadrutun azad olunması ciddi önəm kəsb edir. Çünki Hadrutun azad olunmasından sonra biz Qırmızı Bazar ətrafında gedən döyüşləri həyata keçirdə bildik”.

 

R.İmamquliyev bildirib ki, Hadrut əməliyyatının dünyanın hərb elminə bir nümunə kimi təqdim olunması əbəs deyil. Qeyd edib ki, Araz boyu Horadiz, Şükürbəyli, Cətyəndüzü faha çox düzənlik ərazilərdir:

 

“Biz bu ərazilər böyu irəliləməklə sadəcə Qubadlıya, Zəngilana yaxınlaşmış olardıq. Hadrutun azad olunması ilə birbaşa düzəngahdan yüksəkliyə doğru bir əməliyyatın icra olunması baş tutdu. Hansı ki, o yüksəklikdə düşmən müdafiə istehkamları qurmuşdu, ciddi şəkildə müdafiə olunurdu. Onların ciddi silah arsenalları, silah ambarları Hadrut ətrafında yerləşmişdi”.

 

Hərbi ekspert bildirib ki, belə bir ərəfədə şimal istiqmətində əməliyyatların icra olunması və bölmələrin daha çox düzəngah ərazidən dağlıq əraziyə doğru irəliləməsi çox çətin əməliyyat idi. Çünki Hadrut ərazisində əməliyyatlar keçirmək üçün texnika ilə irəliləmək mümkün deyildi:

 

“Orda bizim əsgərimizin fərdi silahlardan istifadə edərək əməliyyatları icra etməsi nəticəsində nailiyyət əldə olunmuşdur. Ona görə də bu, dünya hərb sahəsində ciddi nümunə olaraq qiymətləndirilir. Çünki müasir əməliyyat və döyüşlərdə birbaşa şəxsi heyətin potensialı üzərinə əməliyyatların tərtib olunması, həyata keçirilməsi və uğur əldə ounması nadir görünəndir”.

 

R.İmamquliyev erməni işğalçılarının indi də Hadrutu hədəfə alması, yenidən işğala cəhd etmək istəkləri ilə bağlı çıxışlarını Ermənistanın informasiya müharibəsi zəmində revanşist təbliğatı adlandırıb. O, bu cür çıxışları əhəmiyyətsiz adlandırıb:

 

“Bu çıxışların heç bir əhəmiyyəti yoxdur. Martın 15-dən başlayan və 18-nədək davam edəcək 3 günlük antiterror əməliyyatları zəmnində Azərbaycan əməliyyat-taktiki təlimləri həyata keçirir. Azərbaycan silahlı qüvvələri deyil, bütün güc strukturları bu gün antiterror əməlyyatları keçirməyə hazırlıqlıdır. Bugünkü ərəfədə bölgədə ermənistan silahlı qüvvələrinin hər hansı əməliyyat keçirməsi nəinki gülüncdür, hətta kiçik qruplar sızdıraraq terrorçi əməliyyat keçirmələri də mümkünsüzdür. Çünki onlarda o güc yoxdur, gücləri tükənib”. /“Həftə İçi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

“Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır” - MÜSAHİBƏ

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Bakıya atılan raket və...

İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

“Torpaqlarımızı azad etdik, büdcəmizi isə bu məmurlardan azad edə bilməmişik”

ErMİNAstan…

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

"30 il ərzində kimin kim olduğunu gördük"

"Uşaqpulu mütləq verilməlidir"

Qripin müalicəsi və qorunma yolları

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ