“Qarabağa səfərləimiz düşmənlərimizə, onları himayə edənlərə gözdağıdır”

15:12 18-03-2021 | icon 183 | Siyasət
“Qarabağa səfərləimiz düşmənlərimizə, onları himayə edənlərə gözdağıdır”

Könül İsmayılova: “Ermənilərin xarabazara çevirdiyi şəhər və kəndlərimizə baxanda ürəyim qan ağlayır”

 

“İşğaldan azad edilmiş ərazilərimizi hələ ki, bu gün Prezident İlham Əliyevin və Vitse-prezident Mehriban Əliyevanın gözləri ilə seyr edirik. İnşallah o torpaqlar minalardan tamamilə təmizləndikdən sonra biz də illərdir işğalda qalan rayon və şəhərlərimizi, kəndlərimizi ziyarət edərik”.

 

Bunu Versus.Az-a ölkə başçısı İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın qızları ilə birlikdə işğaldan azad edilmiş Şuşaya səfəri ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova bildirib.

 

K.İsmayılova qeyd edib ki, ölkə başçısının səfəri zamanı lentə alınan kadrlardan da göründüyü kimi, ərazilərimizdə işğalçılar tərəfindən törədilmiş əməllərin tək bir adı var – vəhşilik:

 

“Ermənilərin xarabazara çevirdiyi şəhər və kəndlərimizə baxanda ürəyim qan ağlayır. Füzuli, Ağdam şəhərindən əsər-əlamət qalmayıb. Şəhər demək olar ki, yoxdur, dağıdılıb. Sanki işğal dövründə ermənilərin işləri-gücləri evləri söküb daşlarını-damlarını oğurlamaq olub. Dünya bu görüntüləri də görməzdən gələ bilməz. Dünya Azərbaycanın gücünü döyüşdə də gördü, informasiya məkanında da. Qoy hələ də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə”.

 

İşğal edilmiş ərazilərimizə mediaturların təşkilini də yüksək qiymətləndirən siyasətçi xanım bildirdi ki, jurnalistlərimizin orada hazırladıqları reportajlar müxtəlif dillərdə dünya mediasında da yer almalıdır ki, informasiya müharibəsində də düşməni üstələyək:

 

“Qarabağa hər səfərimiz düşmənlərimizə, düşmənimizi himayə edənlərə gözdağıdır. Füzuli-Hadrut avtomobil yolunun, eləcə də azad edilmiş torpaqların bərpasına başlanması da mənfur düşmənlərimizə tərs sillədir. Ermənistan da izləyir, görür ki, müharibədən dörd ay keçməsinə baxmayaraq, Qarabağda böyük quruculuq işləri başlayıb. İşlərin gedişindən başa düşülür ki, işğal olunmuş ərazilərdə dağıdılmış bütün abidələr, o cümlədən məscidlərimiz də tezliklə bərpa olunacaq. Əminəm ki, işğaldan azad edilmiş torpaqlarımıza mediaturlar davamlı olacaq və jurnalistlərimizin işıqlandırdığı bütün dağıntılar dünyanın diqqətinə çatdırılmaqla yanaşı, həm də tarixin arxivində yer alacaq”.

 

Könül xanım onu da vurğuladı ki, artıq siyasi partiya sədrlərinin də işğaldan azad edilmiş torpaqlarımıza səfərləri təşkil edilib:

 

“Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev də Qarabağa səfər edib. Yəqin ki, hər partiya rəhbəri səfərdən sonra təəsüratlarını mətbuatda bölüşməklə yanaşı, əməkdaşlıq etdikləri təşkilat və qurumlarla bu barədə fikir mübadiləsi aparacaq, onları erməni vəhşilikləriylə bağlı bir daha məlumatlandıracaqlar. Bu da mənfur düşmənlərimizin bir daha ifşası deməkdir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

“Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır” - MÜSAHİBƏ

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Bakıya atılan raket və...

İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

“Torpaqlarımızı azad etdik, büdcəmizi isə bu məmurlardan azad edə bilməmişik”

ErMİNAstan…

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

"30 il ərzində kimin kim olduğunu gördük"

"Uşaqpulu mütləq verilməlidir"

Qripin müalicəsi və qorunma yolları

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ