Hafiz Hacıyev Ağdam səfərindən sonra partiyanı ayağa qaldırdı

17:37 18-03-2021 | icon 266 | Siyasət
Hafiz Hacıyev Ağdam səfərindən sonra partiyanı ayağa qaldırdı

Hafiz Hacıyev: “Torpaqlarımızda erməni vandalizminin, cinayətinin izlərinin canlı şahidi oldum”

 

Bu gün Müasir Müsavat Partiyasının (MMP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda partiyanın təşkilati və digər məsələlərə baxılıb. Eyni zamanda, martın 17-də siyasi partiyaların rəhbərlərinin işğaldan azad edilmiş torpaqlarımıza səfərin yekunları müzakirə edilib.

 

MMP-nin Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, Ağdama səfərdən qayıdan Hafiz Hacıyev təəssüratlarını bölüşüb, partiya olaraq öhdələrinə düşən vəzifələrdən söz edib.

 

İdarə Heyəti partiya sədrlərinin Ağdama səfərini yüksək dəyərləndiriblər. MMP sədri Hafiz Hacıyev bu səfərə görə partiya adından ölkə başçısına minnətdarlığını ifadə edib.

 

 

 

Torpaqlarımızda erməni vandalizminin, cinayətinin izlərindən danışan H.Hacıyev bu vəhşiliklərin ictimaiyyətə bir daha çatdırılmasını vacib sayıb. Bununla bağlı İdarə Heyətinin bütün üzvülərinə, Qadınlar Şurasına, Gənclər təşkilatına, Ağsaqqallar Şurasına tapşırıqlar verilib. Bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük müharibədə əldə etdiyi qələbə və işğaldan azad edilmiş torpaqlarımızdakı yenidənqurma işlər ətraflı şəkildə insanlarımızın diqqətinə çatdırılmalıdır. H.Hacıyev bunun üçün partiyanın rayon təşkilatlarının, idarə heyətlərinin birgə iclaslarının keçirilməsini tapşırıb.

 

H.Hacıyev səfər zamanı Ağdamda şahidi olduğu acınacaqlı durumdan bəhs edərkən MMP-nin Beynəlxalq məsələlər üzrə sədr müavini Gülər Əhmədovaya tapşırıq verib ki, bununla bağlı Beynəlxalq təşkilatların nümayəndələrinə, insan hüquqlarının qorunması ilə məşğul olan təşkilatlara, o cümlədən ATƏT-in və Avropa Şurasının Bakı ofisində nümayəndələrlə görüşlər keçirsin, erməni faşistlərin torpqlarımızda törətdikləri vandalizmləri onların diqqətlərinə çatdırsın.

 

Qeyd edək ki, İdarə Heyətinin növbəti iclasının sonunda H.Hacıyev Ağdama səfəri barədə ətraflı danışıb, orada gördüyü dağıntılardan ürəkağrısı ilə söz edib. Bildirib ki, dövlət başçısının işğaldan azad edilmiş şəhər və rayonlarımızda başlatdığı yenidənqurma və bərpa işləri çox sürətlə gedir. Bu isə insanlarımızın öz yurd-yuvalarına qayıdışını tezləşdirəcək.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Uşaqpulu mütləq verilməlidir"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!