ADA-dan bakalavr pilləsi üzrə üç yeni ixtisas TƏKLİFİ

07:52 23-03-2021 | icon 65 | Təhsil
ADA-dan bakalavr pilləsi üzrə üç yeni ixtisas TƏKLİFİ

Abituriyentlərin ixtisas seçimi ilə bağlı müraciətlərini nəzərə alan ADA Universiteti 2021-ci ildən etibarən bakalavr pilləsi üzrə 3 yeni ixtisas təklif edir.

 

Universitetdən bildirilib ki, martın 15-də onlayn təqdimatı keçirilən Riyaziyyat ixtisası I ixtisas qrupu üzrə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun təqdim etdiyi 4 ixtisasdan biridir.

 

Təqdimat mərasimində çıxış edən ADA Universitetinin dekanı Dr. Araz Yusubov və Kanadanın Vaterlo Universitetinin Riyaziyyat və biznes proqramları üzrə direktoru Professor İlham Axundov ixtisasın vacibliyini vurğulayıb və onun gələcək perspektivindən və tətbiq sahələrindən söz açıblar.

 

Elmlərin açarı olan Riyaziyyat ixtisası üzrə təhsil alacaq tələbələr yalnız bu ixtisas üzrə deyil, həm də informasiya texnologiyaları, iqtisadiyyat, maliyyə kimi tətbiqi riyaziyyat sahələrində işləyə biləcəklər.

 

Bu ixtisas üzrə təhsil alacaq tələbələrə xüsusi fürsətlər verilir. Belə ki, 600-dən yuxarı bal toplayanlar bir il, 650-dən yuxarı bal toplayanlar isə təhsil müddəti ərzində təhsil haqqından azad olunacaq və 4-cü kursu ADA Universitetinin tərəfdaşı olan Vaterlo Universitetində başa vurmaq imkanı əldə edəcəklər.

 

Martın 17-də keçirilən Maliyyə ixtisası (II ixtisas qrupu) üzrə onlayn təqdimatda Biznes fakültəsinin dekanı Dr. Elkin Nurməmmədov və SOCAR Türkiyənin baş maliyyə mütəxəssisi Elçin İbadov ixtisas barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, bu ixtisasın tələbələri “CFA” tələblərinə uyğun şəkildə hazırlanmış tədris proqramı əsasında nəzəri biliklər əldə etməklə yanaşı, praktiki dərslər də keçəcəklər. “CFA” (Chartered Financial Analyst) peşəkar maliyyəçilər üçün nəzərdə tutulmuş beynəlxalq sertifikatdır.

 

İxtisasın rəqəmsal maliyyə (FinTech.) və bank işi üzrə iki istiqaməti var. Maliyyə ixtisasının tələbələri ali riyaziyyat, iqtisadiyyat və statistika üzrə biliklər əldə etməklə yanaşı, maliyyə problemlərinin həlli və tənqidi düşünmə kimi bacarıqlara da sahib olacaqlar.

 

ADA Universitetinin abituriyentlər üçün təklif etdiyi yeni ixtisaslardan digəri isə III ixtisas qrupuna daxil olan Kommunikasiya və rəqəmsal mediadır.

 

Martın 18-də təqdimatda İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Dr. Anar Vəliyev, həmin fakültənin Kommunikasiya və rəqəmsal media üzrə müəllimi Şəfəq Mehrəliyeva və Kanadanın “Fraser Valley” Universitetinin dosenti Dr. Rəşad Məmmədov bu ixtisasın əhəmiyyətindən və karyera perspektivlərindən bəhs ediblər.

 

Qeyd edilib ki, bu ixtisas üzrə təhsil alacaq tələbələr düzgün kommunikasiya strategiyasının qurulması və həyata keçirilməsi, bu zaman rəqəmsal media imkanlarının səmərəli istifadəsi ilə bağlı biliklər əldə edəcəklər. Məzunların dövlət və özəl sektorda marketinq, ictimaiyyətlə əlaqələr, rəqəmsal media, jurnalistika, layihə idarəçiliyi, korporativ kommunikasiya kimi sahələrdə iş imkanı əldə edəcəkləri diqqətə çatdırılıb.

 

Qeyd edək ki, ADA Universitetinin bakalavr dərəcəsi üzrə təklif etdiyi bütün ixtisaslarda tələbələr seçmə fənlərin köməyi ilə həm ikinci ixtisas imkanı əldə edir, həm də pedaqoji fəaliyyətlə məşğul ola bilirlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Uşaqpulu mütləq verilməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!