Bu gün Şəhidimizin doğum günüdür

11:35 23-03-2021 | icon 78 | Şəhidlər və şahidlər
Bu gün Şəhidimizin doğum günüdür

44 günlük Vətən müharibəmiz həmvətənlərimizin qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən əzmkarlığa yol açdı, adi həyatda fərqinə varmadığımız, lakin, Vətən torpaqları uğrunda ölüm-dirim mübarizəsi zamanı bir anda baş qaldıran mübarizə və qəhrəmanlıq xüsusiyyətlərinə kəskin şəkildə siraət etdi.

 

Fərdi qəhrəmanlıqlardan kollektiv qəhrəmanlıq formalaşdı. Və bu formalaşma qısa zamanda bütün xalqın qəhrəmanlığına yol açdı. Bir yumruq olmuş xalq özünün Zəfərini dünyaya qalib ölkə olaraq təqdim etdi. Bu Zəfəri çiynində Qalibiyyətə aparan ən böyük qəhrəman isə Azərbaycan Əsgəri oldu. Qəhrəmanlığın yaşı olmaz deyimini 44 günlük müharibədə səngərdə təsdiqləyən Azərbaycan əsgəri.. Vətən deyib, gözünü qırpmadan özünü düşmən üzərinə atan Azərbaycan əsgəri. Sağlığında qəhrəman, ölümündən sonra əfsanələşən Azərbaycan əsgəri.

 

Bəlkə də borcundan çıxmadım vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir qarış torpağın artsın

 

- deyən Azərbaycan Əsgəri "Torpağı artıranlardan" biri, əfsanələşən igidimiz Şəhid Miqdad Abduləlimov haqqında yazmaq istəyirəm... Bu gün doğum günü olan Şəhidimiz haqqında... Əzmkarlığı və dəyanəti ilə "Şəhid anası belə olmalıdır"- deyimini təsdiqləyən Tünzalə xanımın gözünün ağı-qarası olan oğlu Miqdad haqqında...

 

Miqdad Abduləlimov 2002-ci il martın 23-də Qubada anadan olub. Mirzəmməd kəndində 1-ci sinifə gedib. 2019-cu ildə Qubada 1 nömrəli məktəbi bitib və Bakıda İqtisad Kollecinə daxil olub.

2020-ci il mayın 4-də hərbi xidmətə - Vətənə oğul borcunu verməyə yollanıb. Xidmətinin beşinci ayında Vətən müharibəmiz başlanır. Və Miqdad könüllü olaraq, müharibəyə qatılır. Tərtərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşur. 29 oktyabr 2020-ci ildəki Tərtərdə gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən Şəhidlik məqamına yüksəlir.

 

Şəhidimizin anası Tünzalə xanım xatirələrinin birində deyir:

"Miqdad döyüşlərə könüllü qatılmışdı. Komandirləri ona "təzə əsgərsən, döyüşə getməyəcəksən" desə də, "komandirim hara, mən də ora" deyib, müharibəyə qatılıb. Komandirləri ilə birlikdə çiyin-çiyinə döyüşlərdə iştirak edib.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən gənc əsgər Miqdad Abduləlimov Ali Baş Komandan İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Mehriban Sadıqova
/Fololoq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

“Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır” - MÜSAHİBƏ

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Bakıya atılan raket və...

İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

“Torpaqlarımızı azad etdik, büdcəmizi isə bu məmurlardan azad edə bilməmişik”

ErMİNAstan…

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

"30 il ərzində kimin kim olduğunu gördük"

"Uşaqpulu mütləq verilməlidir"

Qripin müalicəsi və qorunma yolları

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ