Hökumət parlamentdə toplanacaq

10:59 24-03-2021 | icon 35 | Siyasət
Hökumət parlamentdə toplanacaq

Milli Məclisdə bir neçə mühüm sənədin müzakirəsi gözlənilir.

 

Versus.Az xəbər verir ki, Novruz tətilindən sonra İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsi dinləniləcək. Sənəd martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılsa da, hələlik parlamentin plenar iclasında təqdim edilməyib.

 

Bundan bir müddət sonra isə Hesablama Palatası öz işi barədə Milli Məclisə hesabat verəcək.

 

Qeyd edək ki, Hesablama Palatası ildə iki dəfə - yaz sessiyasında, aprelin 15-dən gec olmayaraq və payız sessiyasında, oktyabrın 15-dən gec olmayaraq, hesabat verir.

 

Palatanın sədri Vüqar Gülməmmədov 2020-ci ildə keçirdiyi yoxlamalar barədə məlumatları deputatların diqqətinə çatdıracaq.

 

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı da parlamentə təqdim olunacaq.

 

Bu, bir qayda olaraq may ayına təsadüf edir. Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun təqdim etməsi gözlənilir.

 

Daha sonra isə “2020-ci ilin büdcəsinin icrası” haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. Müzakirələrdə hökumət üzvləri də iştirak edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevi TƏBRİK ETDİLƏR - FOTO

“Ən böyük boşluq əlillik və müavinətlərlə bağlıdır” - MÜSAHİBƏ

Bəhaullah, akademik Kardaşyev və Kosmik Sivilizasiyalar

İş adamına ağır itki üz verib

Rusiyanın Azərbaycanın suverenliyinə qarşı atdığı addımlar

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“Nizami Gəncəvi yaradıcılığına ümumi baxiş” mövzusunda tədbir keçirilib

"Xarici ölkələrdəki səfirliklərimizə müstəqillik verilməlidir” - MÜSAHİBƏ

TBMM-nin HESABATI

Bir gündə 36 nəfər koronavirusdan öldü

DİM imtahan keçirdi

“Bunu eşidəndə çox sevindim”

Xalq artisti vəfat etdi

Azərbaycan XİN-dən həmsədrlərin bəyanatına MÜNASİBƏT

Cismi Cəbrayılda, köynəyi anasının sinəsində torpağa tapşırılmış VAHİD