Masallının bərbad yolları

11:02 24-03-2021 | icon 55 | Sosial
Masallının bərbad yolları

SAKİNLƏR: “Təcili yardım belə bura gələ bilmir”

 

Masallıda bəzi yolların bərbad vəziyyətdə olması sakinləri narahat edir. 

 

Versus.Az xəbər verir ki, söhbət rayonun Hüseynhacılı kəndindən gedir.

 

Kənd sakinləri deyir ki, uzunluğu 6 km olan yol o qədər yararsız haldadır ki, nəinki avtomobil, heç piyada da getmək olmur. 

 

“Kəndə qonaq gələndə hamımız xəcalət çəkirik. Evdən təmiz paltarda çıxıb palçıq içərisində geri qayıdırıq. Taksi belə kəndə maşın sürmür ki, avtomobilə ziyandır. Kənddə xəstələnən olsa təcili yardım gəlmir, bədbəxt hadisə olanda FHN maşınları gəlib çıxa bilmir. Beş dəqiqəlik yolu 1 saata güc-bəla ilə gedirik. Problemlə bağlı nə qədər müraciət etsək də səsimizi eşidən yoxdur”,-deyə kənd sakinləri qeyd edib. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

“Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır” - MÜSAHİBƏ

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Bakıya atılan raket və...

"Fransalı depudatlar "Laçın" dəhlizindən icazəsiz keçəcəklərsə..."

İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

“Torpaqlarımızı azad etdik, büdcəmizi isə bu məmurlardan azad edə bilməmişik”

ErMİNAstan…

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

"30 il ərzində kimin kim olduğunu gördük"

"Uşaqpulu mütləq verilməlidir"

Qripin müalicəsi və qorunma yolları