"Dünya elə bir təhlükəli səviyyəyə gəlib çatıb ki..."

18:49 26-10-2018 | icon 172 | Gündəm
"Dünya elə bir təhlükəli səviyyəyə gəlib çatıb ki..."

"İki gün ərzində Azərbaycanda keçirilən iki mühüm forum – VI Bakı Beynəlxalq Humanitar Forumu və Dayanıqlı İnkişafa dair Bakı Forumu öz işini başa çatdırır və güman edirəm ki, bu forumlar burada iştirak edənlərin hər biri üçün maraqlı oldu".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Dayanıqlı İnkişafa dair Bakı Forumunun bağlanış mərasimində deyib.

Ə.Əhmədov qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməklə öz gələcəyimizi daha işıqlı, daha firavan etməliyik:

 

“Bunun əksi hamıya məlumdur. Ona görə də bütün bəşəriyyət dünyamızı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq 2030-cu ilə qədər yaxşılaşdırmaq üçün addımlar atmağa sadəcə məhkumdur”.

 

Baş nazirin müavininin fikrincə, bu gün dünya elə bir təhlükəli səviyyəyə gəlib çatıb ki, ciddi addımlar atılmasa, dünyada vəziyyət çox ağır ola bilər:

 

“Ona görə bütün dövlətlər öz səylərini birləşdirməlidir. 2030-cu ilə qədər vaxt az qalıb və güman edirəm ki, qalan vaxtdan istifadə edib dünyamızı dəyişdirməyə nail ola biləcəyik. Hesab edirəm ki, hər biriniz iki gün ərzində çox səmərəli fəaliyyət göstərdiniz və hər bir ölkədən gələn forum iştirakçıları öz ölkələrinə yeni təcrübə ilə qayıdacaq”.

 

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Mitinqə görə imiş... yesinlər mitinqinizi

Qızlarınızın dizini sındırmayın