Türkiyə və Rusiya arasında İdlibdə baş verən qarşıdurmaların Qarabağda birgə fəaliyyətə TƏSİRİ

13:54 25-03-2021 | icon 68 | Geopolitika
Türkiyə və Rusiya arasında İdlibdə baş verən qarşıdurmaların Qarabağda birgə fəaliyyətə TƏSİRİ

Məhəmməd Əsədullazadə: "Rusiya Türkiyə arasında böhrana baxmayaraq prosesi sabotaj edə bilməyəcək"

 

"Türkiyənin son illərdə regional siyasətini Şərqə tərəf genişləndirməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya açılımı Rusiyanı ciddi narahat edir. Həmçinin Ankaranın Qara dənizdə fəaliyyəti və Ukrayanını silahla təchiz etməsi, Moskvanı Suriyada Türkiyəyə qarşı fəaliyyətə sövq edib. İdlibdə Rusiyanın hücumu və Türkiyə sərhədlərinə yaxın hərbi əməliyyatlar keçirməsi, Ankaraya təzyiq mexanimzidir. Amma, Türkiyə Moskvanın bu provakasiyasının qarşısından geri çəkilməsi gözlənilmir".

 
 
 
Versus.Az xəbər verir ki, bunu şərhində MCP sədrinin siyasi məsələlər üzrə muavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
 
 
Politoloq qeyd edib ki, iki ölkə arasında artan siyasi-iqtisadi, enerji və hərbi-texniki əməkdaşlığa baxmayaraq Moskva Türkiyənin artan regional mövqeyini özünə təhdid hesab edir. Turan ideyasının Moskvada yüksək səviyyədə dilə gətirilməsi məhz bununla əlaqəlidir. Rusiya Türk dövlətlərindən ibarət Türkiyənin hərbi blok qurmasından narahatdır:
 
 
"Türkiyə İdlibdə Rusiyanın bu təxribatlarına qarşı Şimali Suriyada yenidən hərbi əməliyyatlar keçirib, nəzarət etdiyi arealı genişləndirə bilər və bu prosesdə ABŞ Anakranı dəstəkləməsi mümükndür. Rusiyanın Türkiyəyə qarşı İdlibdə təztiq etmək mexanizmi var. Amma, Türkiyənin Rusiyaya Ukrayanda, Cənubi Qafqazda, Liviyada və Mərkəzi Asiyada təsir etmək gücünə malikdir. Bundan sonra, iki dövlət arasında münasibətlərin kəskin olacağı, buna baxmayaraq əməkdaşlığın davam edəcəyi gözlənilir.
Anakara NATO və Qərbin Rusiya qarşı sanksiyalarından istifadə edib Moskvaya təzyiqlər edəcəyi mümkündür. Rusiya artıq regionda Türkiyənin maraqlarının tanımasına məcburdur. ABŞ və NATO -nun Moskvaya hərəkətə keçməsi Rusiyanın beynəlxalq müstəvidə mövqeləri zəiflədəcək. Bu da Türkiyəyə imkan verəcək ki, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində siyasi -hərbi və iqtisadi imkanlarını artırsın".
 
M.Əsədullazadə qeyd edib ki, prezient R.T.Ərdoğan Qarabağda əldə edilən razılaşmalarının yerinə yetirlməsini axıra qədər izləcəyəklərini vurğulayıb, çünki, razılaşmaların yerinə yetirlməsi Türkiyənin regional maraqları çərçivəsindədir:
 
 
"Bu, Cənubi Qafqazda əldə edilən 10 noyabr 2020-cil razılaşmasının yerinə yetirlməsi üçün Ərdoğanın Kremlə çağrışı idi. Ankara prosesləri diqqətlə izləyir və Suriya, Ukrayanda iki ölkə arasında artan narazılığa baxmayraq Qarabağdakı razılaşmaya Moskva əməl etmək zorundadır. Çünki, ortada Azərbaycan amili və Ermənistanın Baş naziri Nikol Paşinyan burada maraqlıdır. Məhz 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yertirlilməsi üçün Akara, Bakı və Yerevanda Nikol Paşinyan hökuməti ortaq maraqlara malikdir. Ona görə də Rusiya tərəfi Türkiyə arasında böhrana baxmayaraq prosesi sabotaj edə bilməyəcək".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Uşaqpulu mütləq verilməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!