Fuad Əliyevdən mərkəzi bangın yeni binası məsələsinə sərt reaksiya

10:15 26-03-2021 | icon 105 | Siyasət
Fuad Əliyevdən mərkəzi bangın yeni binası məsələsinə sərt reaksiya

"Bu binaya çəkiləcək xərc şəhid ailələri və qazilərə şamil edilə bilərdi"

 

Xural TV-nin “Siyasət meydanı” verilişində Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycanın siyasi durumuna dair bir çox məsələlərə aydınlıq gətirib. 

 

Versus.az xəbər verir ki, Mərkəzi Bankın yeni binasının tikilməsinə 450 milyon manatın xərclənməsi nəzərdə tutulmasına sərt reaksiya verən Fuad Əliyev deyib ki, cəmiyyətdə bu xəbər heç də müsbət qarşılanmayıb:

 

"Hamı öz etirazını bildirdi. Mərkəzi Bank üçün bu bina xalqımıza 400 milyon manatdan (218 milyon avro) artıq başa gələcək. Bunun əvəzinə şəhid ailələrinə, qazilərə, veteranlara veriləcək təqaüd və müavinətləri ciddi şəkildə qaldırmaq olardı.”

 

“İctimaiyyətin birmənalı rəyi nəzərə alınaraq israfçılığa son qoyulmalı, bu binanın tikintisi üçün nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilməlidir”- ALDP sədri bildirib.

 

Sosial problemlərə toxunan ALDP sədri bildirib ki, qələbəmizdən sonra qazilər və şəhid ailələri xoşagəlməz problemlərlə üzləşdilər:

 

“Əlillik qrupu almaq üçün onları get-gələ salırlar. Əlilliyi sübut etmək üçün saatlarla növbədə dururlar. Ayağı, qolunu itirənlər, dünya işığına həsrət qalanlar  hər il üç komissiyadan keçirlərlər ki, aldığı əlillik qruplarını təsdiq etsinlər. Bu məmurlar fikirləşirlər ki, bir ilə əlilin ayağı, qolu yerinə gələcək, gözləri açılacaq."

 

Fuad Əliyevin sözlərinə görə, bəzi məmurlar qazi və onların ailə üzvlərindən əlillik qrupu almaq üçün rüşvət tələb edirlər:

 

"Bəzi məmurlar isə - “almısan 8 min, o puldan bizə də ver sənə əlillik qrupu yazaq”- deyirlər!".

 

İşğaldan azad olunan Qarabağa səfərdən söz açaraq, Fuad Əliyev, Şuşa şəhərində partiyaların dəyirmi masa keçirilməsini nəzərdə tutduğunu qeyd etdi:

 

“Bəli, Qarabağa səfər etməyi planlaşdırıram. Partiya rəhbərliyi bunu yay aylarına planlaşdırır. Azad olunan şəhərlərin  birində, misal üçün, Şuşada dəyirmi masa təşkil etməyi düşünürük.”

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

“Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır” - MÜSAHİBƏ

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Bakıya atılan raket və...

"Fransalı depudatlar "Laçın" dəhlizindən icazəsiz keçəcəklərsə..."

İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

“Torpaqlarımızı azad etdik, büdcəmizi isə bu məmurlardan azad edə bilməmişik”

ErMİNAstan…

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

"30 il ərzində kimin kim olduğunu gördük"

"Uşaqpulu mütləq verilməlidir"

Qripin müalicəsi və qorunma yolları