Müalicəvi ilikli sümük suyu

13:00 29-03-2021 | icon 29 | Sağlamlıq
Müalicəvi ilikli sümük suyu

Qədimdən və elə indi də xəstələrin müalicəsində, tez ayağa qalxmasında birinci tövsiyə edilən yemək, elə bədənin də tələb etdiyi yemək sümük suyu, bulyonudur.

 
 
Əsl, müalicəvi ilikli sümük suyunun hazırlanması asan deyil, zəhmətli işdir. Sümük suyu hüceyrə yeniləyir, sağlam hüceyrələri artırır.
 
 
Hazırlanması:
 
Sümük suyu normalda 8-10 saat çox vam odda qaynadılıb bişirilir.
Yalnız bu müddətdə bişdikdə sümükdə və ilikdə olan vitamin,
minerallar, kollagen, prolin, amin turşular tamamilə ayrılıb suya keçir.
 
Kalsium, fosfor, maqneziumla zəngin sümük iliyi suyunda karbohidrat olmadığı üçün istənilən qədər içilə bilər, piylənmə, yağlanma vermir.
 
 
Sümük suyu necə içilir?
 
 
Elə adi su, çay kimi, 1 stəkan ilıq sümük suyuna bir az istiot və ədviyyatlar əlavə edib içə bilərsiz.
 
Böyüməkdə olan uşaq, yeniyetmə orqanizmi üçün, eləcə də sümük əriməsi, osteoporoz yaşayan insanlar həftədə 3 dəfə sümük suyu içməlidir.
Hər dəfə gün ərzində 1-2 stəkan kifayət edir.
 
Sümük suyu qığırdaq quruması, yeyilməsi, oynaq problemində kollageni artırır, bərpa prosesi gedir.
 
Hamilələr də içməlidir, bu onları bel, sümük, onurğa ağrılarından xilas edər
İstənilən əməliyyatdan, ağır xəstəlikdən sonra orqanizmi bərpa etmək üçün sümük suyu içilməlidir
 
Sümük suyu dəri, saçlar üçün də gözəllik, cavanlıq mənbəyidir
Əzələ sümük sistemi zəif olan insanlar günaşırı bir stəkan sümük suyu içə bilərlər.
 
 
Kimlərə zərərlidir:
 
Yüksək xolesterini olan insanlar
Ürək-damar, aterosklerozu olanlar
Aşırı piylənməsi olanlar
Şəkərli diabet xəstələri
 
 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Uşaqpulu mütləq verilməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!