Nazirin qudası həkimlərin səriştəsizliyi ucbatından öldü

07:40 30-03-2021 | icon 30 | Dünya
Nazirin qudası həkimlərin səriştəsizliyi ucbatından öldü

Rusiyanın səhiyyə naziri Mixail Muraşko öz qurumunda yaranan problemə görə qudasını itirib.

 

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

 

Bildirilir ki, ürək ağrılarından şikayət edən 49 yaşlı Natalya Şakirova üçün martın 26-da təcili yardıma çağırış edilib. Tibb işçiləri evə gəldikdən sonra kardioqrafın xarab olduğunu görüblər.  Briqada işlək cihaz üçün digər feldşerlərə çağırış etdiyi müddətdə isə qadının halı pisləşib.

 

Gələn digər qrup Natalyada kəskin miokard infarktı müəyyən edib. Qadın kliniki ölüm şəraitində xəstəxanaya yerləşdirilib, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Bildirilir ki, feldşerlər hadisə yerinə tam təchizatlı gəlsəydilər, qadının həyatını xilas etmək mümkün olardı.

 

Qeyd edək ki, işlək olmayan kardioqrafa görə həyatını itirən Natalya Şakirova Rusiyanın səhiyyə naziri  Mixail Muraşkonun oğlu Markın qaynanası olub. O, nəvələrini görmək üçün qızıgilə qonaq gedib, orada halı pisləşib. Qızı təcili yardıma zəng edib, tibbi heyət isə xarab cihazla çağırışa yollanıb.

 

Baş verənlər böyük qalmaqala səbəb olub. Artıq bu gün təcili yardım stansiyasının rəisi İqor Moskalenko vəzifəsini itirib, kardioqrafı xarab briqadanın tibb işçiləri də işdən uzaqlaşdırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevi TƏBRİK ETDİLƏR - FOTO

“Ən böyük boşluq əlillik və müavinətlərlə bağlıdır” - MÜSAHİBƏ

Bəhaullah, akademik Kardaşyev və Kosmik Sivilizasiyalar

İş adamına ağır itki üz verib

Rusiyanın Azərbaycanın suverenliyinə qarşı atdığı addımlar

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“Nizami Gəncəvi yaradıcılığına ümumi baxiş” mövzusunda tədbir keçirilib

"Xarici ölkələrdəki səfirliklərimizə müstəqillik verilməlidir” - MÜSAHİBƏ

TBMM-nin HESABATI

Bir gündə 36 nəfər koronavirusdan öldü

DİM imtahan keçirdi

“Bunu eşidəndə çox sevindim”

Xalq artisti vəfat etdi

Azərbaycan XİN-dən həmsədrlərin bəyanatına MÜNASİBƏT

Cismi Cəbrayılda, köynəyi anasının sinəsində torpağa tapşırılmış VAHİD