18 yaşlı əlilin pensiyası kəsilib


Bərdədə əliliyi olan 18 yaşlıqızın pensiyası kəsilib.
Versus.Az xəbər verir ki, rayonun Qarayusifli kənd sakini, 18 yaşlı Lalə Kərimli bir neçə aydır ki, əlilik üçün olan pensiyasını ala bilmir.
Anası Könül Kərimli bildirir ki, qızı anadangəlmə iflic xəstəliyindən əziyyət çəkir:
“15 ilə yaxındır aylıq 200 manat pensiya alsa da, son üç ayda bilinməyən səbəbdən pensiyası kəsilib”.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyindən bildirilib ki, məsələ artıq onların nəzarətindədir. Agentliyin nümayəndələri tezliklə Kərimovlar ailəsinə baş çəkəcəklər.
Xəbər lenti

Hərbi Prokurorluqdan Vətən müharibəsində itkin düşənlərlə bağlı AÇIQLAMA
...Və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək...