Levandovski PSJ ilə hər iki oyunu buraxacaq


Polşa millisinin üzvü və Münhenin “Bavariya” klubunun hücumçusu Robert Levandovski aprelin sonlarınadək yaşıl meydanlardan kənarda qalacaq.
Belə ki, o, 2022-ci il FIFA Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Polşanın Andorranı 3:0 məğlub etdiyi oyunda ciddi zədə alıb.
Sport.ru portalının məlumatına görə, hücumçu bu gün Almaniyaya qayıdaraq, həkim nəzarətindən keçib.
Sağ dizindən zədələnən 32 yaşlı Levandovskinin 4 həftə oynamayacağı bildirilib.
Beləliklə də, “Bavariya”nın əsas qol silahı UEFA Çempionlar Liqasınin yarımfinalı çərçivəsindəki PSJ ilə hər iki oyunu buraxmalı olacaq.
Xəbər lenti

“Gədəbəydə doğulan şairlər” - TƏQDİMAT
Gədəbəyli şairlərin yaradıcılığına verilən dəyər, mərhum şairlərin ruhuna ehtiram olaraq...