“31 mart 1918-ci il" - VİDEOÇARX

16:44 31-03-2021 | icon 126 | Cəmiyyət
“31 mart 1918-ci il" - VİDEOÇARX

AMEA Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşları və YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı üzvləri Azərbaycanlıların soyqırımının 103-cü ildönümü münasibətilə muzeyin Sənədli Mənbələr Fondunun materiallarına əsasən “31 mart 1918-ci il” mövzusunda elektron təqdimat hazırlayıblar.

 

Versus.Az xəbər verir ki, tərtib edən böyük elmi işçi, PhD Aygün Məmmədovadır.

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, “Elmi kütləvi iş və təhsil” şöbəsinin baş mütəxəssisi Pərvanə Əzimova və “Sənədli Mənbələr” Fondunun müdiri Esmira Rəhimovanın təklif və tərtibatı ilə hazırlanan slaydda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda qorunan 1918-ci il fotolarının surətləri əsasında Bakı, Şamaxı, Ağsu, Göyçay, Kürdəmir, Salyan hadisələri əks edilmişdir. 

 

Qeyd: 1918-ci il hadisələrindən sonra çəkilmiş bu fotoların əsli ABŞ-da şəxsi kolleksiyada qorunurdu. T.e.d., professor Solmaz Tohidi bu fotoları Azərbaycana gətirmişdir.

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, hazırda Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov 2015-ci ildə bu fotosurətləri (100-dən artıq) muzeyin fonduna təhvil vermişdir.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevi TƏBRİK ETDİLƏR - FOTO

“Ən böyük boşluq əlillik və müavinətlərlə bağlıdır” - MÜSAHİBƏ

Bəhaullah, akademik Kardaşyev və Kosmik Sivilizasiyalar

İş adamına ağır itki üz verib

Rusiyanın Azərbaycanın suverenliyinə qarşı atdığı addımlar

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“Nizami Gəncəvi yaradıcılığına ümumi baxiş” mövzusunda tədbir keçirilib

"Xarici ölkələrdəki səfirliklərimizə müstəqillik verilməlidir” - MÜSAHİBƏ

TBMM-nin HESABATI

Bir gündə 36 nəfər koronavirusdan öldü

DİM imtahan keçirdi

“Bunu eşidəndə çox sevindim”

Xalq artisti vəfat etdi

Azərbaycan XİN-dən həmsədrlərin bəyanatına MÜNASİBƏT

Cismi Cəbrayılda, köynəyi anasının sinəsində torpağa tapşırılmış VAHİD