Badamdardakı sürüşmənin SƏBƏBLƏRİ

12:07 01-04-2021 | icon 32 | Sosial
Badamdardakı sürüşmənin SƏBƏBLƏRİ

“Badamdarda sürüşmənin yaranmasına səbəb əsasən orta hissədə, ikinci quyunun qarşısında yeraltı suların uzun müddət ərzində toplanması olub”. 

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin “Azərinşaat” layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib. 

 

Onun sözlərinə görə, drenaj quyularının özlərinin hazır olduğuna baxmayaraq uzunluğu 50 metr olan üfüqi drenaj borularının inşası tam başa çatdırılmayıb: 

 

“Yeraltı suların toplanması mənbələrindən biri kimi yamacın yuxarı hissəsində 2-ci sahə deyilən yaşayış hissəsində təqribən üç minə qədər fərdi yaşayış evlərinin kanalizasiya xəttinə qoşulmaması da ehtimal olunur”.

 

“Sürüşmə zonasında geniş tədqiqat işləri layihəsi üzrə proses tam bitənədək sahədə lokal uçqun hadisələri baş verə bilər”, - deyə o əlavə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Uşaqpulu mütləq verilməlidir"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!