“Karantin qaydaları sərtləşdirilə bilər”

13:17 01-04-2021 | icon 28 | Cəmiyyət
“Karantin qaydaları sərtləşdirilə bilər”

“Karantinin sərtləşdirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılıdır. Təbii ki, epidemik durum nəzərə alınaraq müvafiq qərar qəbul edilə bilər”. 

 

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

 

Novruz bayramı ilə əlaqədar bir neçə günlük ictimai nəqliyyatın fəaliyyət göstərməməsinə baxmayaraq, yoluxma sayında artım baş verdiyini qeyd edən nazirlik rəsmisi karantin qaydalarına əməl edilməsi ilə bağlı nəzarətin gücləndirilməsinin lazım olduğunu bildirib:

 

“Hamımıza bəllidir ki, ictimai nəqliyyat koronavirusun yayılmasında ən başlıca amillərdən biridir”. 

 

N.Seyidov onu da qeyd edib ki, hazırkı vəziyyətdə regionların qorunmasına ehtiyac var. Onun sözlərinə görə, mütəxəssislər bu ilin sonunadək pandemiyanın azala biləcəyini proqnozlaşdırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Uşaqpulu mütləq verilməlidir"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!