Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı

14:58 01-04-2021 | icon 26 | Müharibə
Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı

Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən və Ermə­nis­tan ilə dövlət sərhədləri işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti Silah­lı Qüvvələrin Mü­zəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, bu ərazilərdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

Aprel ayının 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

 

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

 

Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olmuş, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər.

 

Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilib.

 

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstər­miş hərbi qulluqçular təltif olunublar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevi TƏBRİK ETDİLƏR - FOTO

“Ən böyük boşluq əlillik və müavinətlərlə bağlıdır” - MÜSAHİBƏ

Bəhaullah, akademik Kardaşyev və Kosmik Sivilizasiyalar

İş adamına ağır itki üz verib

Rusiyanın Azərbaycanın suverenliyinə qarşı atdığı addımlar

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“Nizami Gəncəvi yaradıcılığına ümumi baxiş” mövzusunda tədbir keçirilib

"Xarici ölkələrdəki səfirliklərimizə müstəqillik verilməlidir” - MÜSAHİBƏ

TBMM-nin HESABATI

Bir gündə 36 nəfər koronavirusdan öldü

DİM imtahan keçirdi

“Bunu eşidəndə çox sevindim”

Xalq artisti vəfat etdi

Azərbaycan XİN-dən həmsədrlərin bəyanatına MÜNASİBƏT

Cismi Cəbrayılda, köynəyi anasının sinəsində torpağa tapşırılmış VAHİD