Orqanları bağışlandıqdan sonra “dirildi”

08:06 02-04-2021 | icon 27 | Maraqlı
Orqanları bağışlandıqdan sonra “dirildi”

İngiltərədə avtomobilin vurduğu 18 yaşlı gənc həkimlər tərəfindən ölmüş elan edildikdən və orqanları bağışlandıqdan sonra “dirilib”.

 

Bu barədə “The Sun” məlumat yayıb.

 

Bildirilir ki, hadisə Staffordşir qraflığının Lik qəsəbəsində baş verib.

 

Qəzadan sonra xəstəxanaya yerləşdirilən gənc dərhal əməliyyat olunsa da, dörd gün sonra həkimlər onda beyin ölümü elan ediblər.

 

Övladı ilə vidalaşan ailə onun orqanlarını transplantasiyaya ehtiyacı olan daha yeddi nəfərin həyatını qurtarmaq üçün bağışlamağa razı olub.

 

Bu qərar sayəsində Roberts daha bir müddət vaxt qazanıb: onun həyati dəstək sistemindən nisbətən gec ayrılmasına qərar verilib. Orqanların çıxarılması əməliyyatından bir neçə saat əvvəl isə gənc gözlənilmədən sərbəst şəkildə nəfəs almağa başlayıb.

 

Həmin vaxtdan etibarən onun vəziyyəti düzəlməyə başlayıb. Roberts ağrı testlərinə reaksiya verməyə, əl-ayaqlarını, başını sərbəst şəkildə hərəkət etdirməyə, həmçinin göz qırpmağa və dodaqlarını tərpətməyə başlayıb. Gəncin vəziyyətinin günü-gündən yaxşılaşdığı vurğulanır.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Uşaqpulu mütləq verilməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!