“ABŞ Dövlət Departamentinin hazırladığı hesabatın qara qəpiklik dəyəri yoxdur”

11:21 02-04-2021 | icon 56 | Siyasət
“ABŞ Dövlət Departamentinin hazırladığı hesabatın qara qəpiklik dəyəri yoxdur”

Qabil Hüseynli: "Belə davam edərsə, bu cür qərəzli bəyanatlar xalqlar tərəfindən nəzərə alınmayacaq"

 

ABŞ Dövlət Departamentinin Dövlət katibi Entoni Blinken Vaşinqtonda 2020-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanda insan haqlarının pozulduğunuaçıqlayıb. Qərəzlə dolu bu hesabatda bildirilib ki, Azərbaycan hökuməti sentyabrın 28-dən dekabrın 12-dək tətbiq etdiyi hərbi vəziyyətdə hərəkət və məlumata çıxış azadlığını məhdudlaşdırıb. Hətta Dağlıq Qarabağda hərbi münaqişə ilə əlaqədar qanunsuz qətllərin,  mülki şəxslər arasında tələfatların və qeyri-insani rəftar kimi insan haqları pozuntularının müşahidə olunduğunu bildiriblər. Demokratiya carçılarının bu ədalətsiz, cəfəng iftiraları ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb. Maraqlıdır, ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı hazırladığı bu qərəzli hesabat nəyə hesablanır?

 

Versus.Az xəbər verir ki, politoloq Qabil Hüseynli açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamenti belə bir cəfəng hesabatla insan haqları dəyərlərinə kölgə salmaqla yanaşı, tamamilə özünü itirib.

 

Politoloq hesab edir ki, ABŞ Dövlət Departamenti özlərinin xiristian təəssübkeşliyindən, kavanyal təsəvvürlərdən, dünənə qədər mənəvi qida aldıqarı nasist ideyalardan ilhamlanaraq başqa xaqları haqsız yerə günahlandırmaq istəyirlər:

 

“Soruşmaq lazımdır ki, onlara bu haqqı kim verib?! Azərbaycan xalqı çətin dövrünü yaşayır. Azərbaycan pandemiya şəraitində öz əhalisini qorumaq üçün tədbirlər görür. Bunun onlara nə dəxli var. Ölkənin problemlərinə baxsınlar, gündə silahlılar10-15 nəfəri yaralayır, onların hüquqlarını qorusunlar, öz vətəndaşının dərdini çəksinlər, bizim qayğımıza qalmasınlar. Biz öz problemlərimizi özümüz həll edəcəyik. Qoca, xəstə bir adamı iş başına gətirəndə, o da bu cür avanturist bəyanatlar hazırlayıb xalqın qanını qaraltmaqla məşğul olur. Belə davam edərsə, ABŞ-da hazırlanan qərəzli bəyanatlar bir çox xalqlar tərəfindən nəzərə alınmayacaq. Mən buna ağılsızlıq deyirəm”.

 

Politoloq qeyd edib ki, Azərbaycan xalqı tədricən, öz mentalitetinə, tarixi ənənələrinə uyğun olaraq demokratikləşmə yolu ilə irəliləyir. Onun sözlərinə görə, bu prosesdə ABŞ-ın Dövlət Departamentinin göstərişinə zərrə qədər də ehtiyac yoxdur. Q.Hüseynli Azərbaycan xalqının 99 faizinin bu fikirdə olduğunu vurğulayaraq, bu hesabatın bir qara qəpiklik dəyəri olmadığını deyib.

 

Politoloq hesab edir ki, hesabatda Azərbaycanın ədalətli, haqq uğrunda apardığı müharibəyə ləkə salmaq istəkləri də müşahidə olunur:

 

“Sual edirəm: biz mülki insanlar arasında qətilləri harda eləmişik. Faktları ortaya qoyun. Amma mən sizə sübut gətirim ki, erməni cinayətkarları döyüş zonasından kilometrlərlə aralıda yerləşən Gəncəni raket zərbələri ilə dağıdarkən onlarla mülkü insanlarımız həlak oldu. Hələ xarabalıqları qalır. Kor gözünüzü açıb yaxşı baxın! Bərdəyə qadağan olunmuş raketlərlə atəş açarkən yenə də onlarla mülkü vətəndaşımız həlak olub. Ümumilikdə, 100-dən çox mülkü vətəndaşımız qadağan edilən karset tipli raketlərinin zərbəsi ilə qətlə yetirilib, 900-dən çox adam ağır xəsarət alıb. İşğalda qalan torpaqlarımıza, əhalimizə qarşı edilən soyqırımların qanı soyumayıb. Niyə bu cinayətlərə görə Ermənistana qarşı heç bir sanksiya, hesabat xarakterli bəyanatlar hazırlamırsız!? Niyə bunlardan danışmırsan?! 30 ildən artıq müddətdə torpaqları istila edilmiş, 1 milyondan artıq insanı etnik təmizləməyə məruz qalmış, qeyri-insani şəraitdə yaşamağa məcbur edilmiş insanların əzab-əziyətindən niyə danışmırsan?! Təcavüzkarı müdafiə edən bu mövqe nədir?! Niyə xristian təəssübkeşliyindən çıxış edərək erməni cinayətkarlarını müdafiə edirsiz?! Siz qeyri-obyektiv, subyektiv mülahizələrinizlə xalqlararası münasibətləri daha da korlayırsız”.

 

Politoloq bütün bunları nəzərə alaraq bildirib ki, ABŞ Dövlət Departamenti belə hesabatla Azərbaycanın müharibədəki zəfərinə kölgə salmaq və erməniləri yenidən ruhlandırıb  üstümüzə salmaq istəyir:

 

“ABŞ Dövlər Departamenti təxribat xarakterli bu cür hesabatlarla bölgəyə sabitlik, əminəmanlıq deyil, qarşıdurma və müharibə vəziyyəti gətirir”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Uşaqpulu mütləq verilməlidir"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!