Mövsümi xəstəliklər müalicə olunmadıqda hansı fəsadları törədir?

13:07 04-04-2021 | icon 92 | Sağlamlıq
Mövsümi xəstəliklər müalicə olunmadıqda hansı fəsadları törədir?

Nərminə Abbasova: “Bu ağırlaşmaların qarşısını almaq üçün həkimə vaxtında müraciət edilməlidir”

 

Baharın gəlişi ilə özünü daha qabarıq büruzə verən “allergiya” xəstəliyi bir çox insanları narahat edir. Burun axması, qaşınma, göz yaşarması və dəridə qıcıqlanmalar baş verir. Bəzən üşütmə, boğaz ağrısı, səs batması və öskürək ortaya çıxır. Bu zaman insanlar onlara məsləhət görülən bütün vasitələrdən yaxşı olub-olmamasına fərq qoymadan istifadə etməyə hazır olurlar. Bu da öz növbəsində daha pis nəticələrə gətirib çıxarır. Buna görə də allergiyadan əziyyət çəkənlər ilk növbədə bu sahədə mütəxəssis olan həkimə müraciət etməlidirlər.

 

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA bu dəfə Versus.Az-a allergiya xəstəliyinin yaranma səbəbləri və müalicə üsullarından danışdı.

 

Nərminə xanım bildirdi ki, allergiya xəstələri gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyyata malikdir. Bu xəstələrə ən çox təsir edən qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı, yüzlərlə digər allergen amil mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, Günəş şüası aiddir. Eyni zamanda, çiyələk, fındıq, yumurta, balıq, kif göbələkləri, toz axınları da allergiyaya səbəb ola bilər. Həkim-terapevtin sözlərinə görə, allergenlərin orqanizmə daxilolma yolları müxtəlifdir. Onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçir. Həkimin sözlərinə görə, allergiyanın fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da öz növbəsində həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir:

 

“Ümumiyyətlə, allergiyanın yaranması insan orqanizminin hər hansı bir maddəyə qarşı yüksək reaksiyasıdır. Bu maddələrə allergen deyilir. Onlar bizim orqanizmimizə müxtəlif yollarla daxil olub allergik reaksiyaların əmələ gəlməsinə səbəb olur. Qeyd edim ki, allergik xəstəliklər onlara genetik meyilliliyi olan insanlarda müxtəlif amillərin təsirindən yaranır. Bu amillər ətraf mühitin təsiri, tütün məmulatlarından istifadə, stress, yaşayış şəraitinin xüsusiyyətləri və sairədir. Onu da deyim ki, allergiya yaranma səbəblərindən asılı olaraq mövsümi və ya ilboyu olur”.

 

Nərminə xanım bildirdi ki, mövsümi xarakter daşıyan bəzi allergik xəstəliklərdə allergiyaların səbəbi müxtəlif ağaclar, otlar, güllər və çiçəklərin tozcuqlarıdır:

 

 

“Ancaq bütün tozcuqlar allergik reaksiyalar əmələ gətirmir. Allergik reaksiyalar yaratmaq üçün bu tozcuqların müəyyən xüsusiyyətləri olmalıdır: allergen, zülal olmalı, həmin coğrafi zonada çox olmalı, balaca ölçüdə və yüngül çəkili olmalı, küləklə yayılmalıdır. Allergiyaların bu növü əsasən yaz, yay və payız aylarında özünü büruzə verir, qışda isə əksər hallarda yox olur”.

 

Allergik xəstəliklərin müxtəlif simptomlarının olduğunu deyən həkim-terapevt bildirdi ki, tənəffüs orqanlarında allergenlər burun tutulması, burunda qaşınma, qıcıqlanma, çoxsaylı asqırmalar, burun axması, təngnəfəslik, xırıltılı tənəffüs, quru tutmaşəkilli öskürək, boğulma hissi, gözlərdə qaşınma, qızarma, sulanma, dəridə isə müxtəlif tipli qaşınma ilə müşahidə olunan səpgilərlə xarakterizə olunur:

 

“Bəzi hallarda mədə-bağırsaq sistemi orqanları tərəfindən qarın ağrıları, ishal, qusma kimi simptomlar da qeyd oluna bilər. Ən çox rast gəlinən allergik xəstəliklərdən allergik rinit, allergik konyunktivit, bronxial astma, allergik övrə, qida və dərman allergiyasını qeyd edə bilərik. İndiki vaxtda şikayət olunan alergiya mövsümi xarakter daşıyır. Ən çox rast gəlinən xəstələr fəsli və ilboyu olan allergik rinit, allergik konyunktivit, bronxial astma, allergik övrə, qida və dərman allergiyasından əziyyət çəkən xəstələrdir”.

 

 

Həkim deyir ki, allergik xəstəlik tam sağalmasa da, onun səbəbini bildikdə xəstəliyi müalicə etmək daha asandır. Belə ki əgər qida allergiyasıdırsa, buna səbəb olan qida məhsulu rasiondan çıxarıldıqdan sonra şikayətlər də tam aradan qaldırılır. Amma səbəb bilinməyəndə problemin həlli çətinləşir:

 

“Allergiya xəstəliyinin vaxtında diaqnostikası və müalicəsi vacibdir. Məsələn, allergik riniti olan xəstələr vaxtında müalicə olunmadıqda xəstəlik bronxial astmanın yaranması ilə ağırlaşa bilər. Daha təhlükəli olan dərman allergiyasının səbəbi müəyyən edilməzsə, onun xəstə tərəfindən təkrar qəbulu halında daha ciddi allergik reaksiya və ya çox təhlükəli anafilaktik şoka səbəb ola bilər. Bu ağırlaşmaların qarşısını almaq məqsədilə xəstələrin həkimə vaxtında müraciət etməsi, mütəxəssis tərəfindən dəqiq və ətraflı anamnezin toplanması, müasir diaqnostik və müalicə üsullarından istifadə, kəskin respirator infeksiyalarının profilaktikasının aparılması bu xəstələrin sağlam həyat sürməsinin bünövrəsini təşkil edir”.

 

 

Həkim-terapevt bildirdi ki, yaz aylarında mədə və 12 barmaq xora xəstəlikləri də kəskinləşir. Xora və ya xroniki qastriti olan xəstələr daha çox yaz aylarında xəstəliyin kəskinləşməsi ilə bağlı həkimlərə müraciət edirlər. Onun sözlərinə görə, yazda belə xəstələr qidalanmaya daha çox diqqət yetirməli, az-az və tez-tez qidalanmalıdırlar:

 

“Bilirisiniz ki, mədə turşuluğu hər 3-4 saatdan bir pik nöqtəyə çatır. Mədədə qida yoxdursa, bu zaman xora, qastrit kəskinləşir. Buna görə də xəstələr üç əsas vaxtda - səhər, günorta, axşam və 2 ara zamanı, yəni səhərlə günorta, günorta ilə axşam yeməyi arasında yemək yeməlidir. Təbii ki, ara yeməklər xörək olmamalıdır. Bu, meyvə, yoqurt, peçenye ola bilər. Mədə çox yüklənməməlidir. Axırıncı qida yuxudan 3 saat öncə olmalıdır. Xəstələr həkim məsləhəti olmadan yüksək dozalı ağrıkəsicilərdən, aspirin, parasetamol, Vitamin C, askorbin turşusu, antidepressantlardan istifadə etməməlidirlər".

 

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova müvsimi xəstəliklərdən müayinə və müalicə olunmaq istəyənləri Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

“Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır” - MÜSAHİBƏ

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Bakıya atılan raket və...

İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

“Torpaqlarımızı azad etdik, büdcəmizi isə bu məmurlardan azad edə bilməmişik”

ErMİNAstan…

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

"30 il ərzində kimin kim olduğunu gördük"

"Uşaqpulu mütləq verilməlidir"

Qripin müalicəsi və qorunma yolları

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ