Millət vəkili Vətən Müharibəsində iştirak etmiş gənc şairlərlə görüşüb

16:46 05-04-2021 | icon 39 | Cəmiyyət
Millət vəkili Vətən Müharibəsində iştirak etmiş gənc şairlərlə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində iştirak etmiş gənc şairlər Alparslan Oğuz və Emin Piri ilə Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili gənc şairləri tarixi zəfər münasibəti ilə təbrik edib, cəbhə xatirələri ilə tanış olub.

 

Q.Paşayeva ürək sözlərini bölüşüb:

“Siz hər ikiniz ən yeni nəslə mənsub şairlərimizsiz. Üzvü olduğunuz birlik və digər yaradıcılıq qurumları tərəfindən ayrı-ayrı vaxtlarda “Diplom” və “Fəxri fərman”lara, müxtəlif mükafatlara layiq görülmüsüz. Şeirləriniz dövri nəşrlərdə, almanaxlarda və öz kitablarınızda gün üzü görüb. Sizin yaradıcılığınız əsasən vətənpərvərlik üstə köklənib. Təsadüfi deyil ki 27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayınca könüllü olaraq cəbhəyə yazılmısız və döyüş yolunuz ayrı-ayrı rayonlarımızdan Füzulidən başlayıb, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Xocavənd və başqa istiqamətlərdən keçib. 2020-ci ilin son günlərində tərxis olunmusuz. Xidmətləriniz dövlətimiz tərəfindən qiymətləndirilib.

Sizi düşmən üzərində qələbə münasibəti ilə təbrik edir, şəxsi həyatınızda, yaradıcılığınızda yeni uğurlar diləyirəm”!

 

A.Oğuz və E.Piriyə Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu, eləcə də, Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib. A.Oğuz və E.Piri səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib, öz cəbhə xatirələrini bölüşüb, onları qələmə aldıqlarını və kitab şəklində oxucuların ixtiyarına verəcəklərini bildirib.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Uşaqpulu mütləq verilməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!