Motsartın yarımçıq əsəri tamamlandı

14:20 06-04-2021 | icon 27 | Mədəniyyət
Motsartın yarımçıq əsəri tamamlandı

İngiltərədən olan musiqi professoru Timoti Cons dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri Volfqanq Amadey Motsartın yarımçıq qalmış əsərlərini tamamlayıb.

 

Bu barədə CBC xəbər verib.

 

Məşhur bəstəkarın yarımçıq işini bitirmək fikri Consa Motsartın üslubundan bəhs edən kitab hazırlayarkən gəlib. Nəticədə professor yeddi tamamlanmış əsərin olduğu albom çıxardıb.

 

 

Mütəxəssisin sözlərinə görə, işi əsnasında o, dəfələrlə həmkarlarına nəticələri qiymətləndirmək üçün müraciət edib və onları kor-koranə testdən keçirdib: Musiqinin harada özü, harada isə klassik tərəfindən yazıldığını göstərməyib.

 

“Bəzən elə olurdu ki, mənim parçalarım təriflənir, Motsartın melodiyaları isə tənqid olunurdu”, - deyə Cons vurğulayıb.

 

Albomun üzərində 10 il işləyən professor bunun bir az özgüvəndən qaynaqlandığını etiraf edib.

 

“Mən “saxta Motsart” yazmağa, yaxud özümü onunla bir pyedestal qoymağa çalışmıram”, - deyə o, vurğulayıb.

 

Hazırda professor albom üzərində işləmək üçün təxirə saldığı kitabını bitirməyi planlaşdırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Uşaqpulu mütləq verilməlidir"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!