Bu ağrıkəsici dərmanların ölümcül təsiri var

15:45 06-04-2021 | icon 31 | Sağlamlıq
Bu ağrıkəsici dərmanların ölümcül təsiri var

Hər bir insan həyatda ağrı ilə üzləşir: baş ağrısı, diş ağrısı, əzələ ağrısı, yanıq və ya travma nəticəsində olan ağrı və s. Əgər ağrı xroniki (daim) xarakter alıbsa, mütləq həkimə müraciət edin. Belə ağrılar müxtəlif və bəzən çox ağır xəstəliklərin simptomu ola bilər. Lakin adətən əksər insanlar xroniki yox, kəskin ağrılarla üzləşir.

 

Ağrı ilə mübarizədə xüsusi dərmanlar – analgetiklər istifadə olunur. Onların bir hissəsi ağrını müvəqqəti olaraq aradan qaldırır. Bu preparatlar mərkəzi sinir sisteminə deyil, periferik sinir sisteminə təsir edir.

 

Versus.Az xəbər verir ki, bəzi analgetiklər isə birbaşa beyinə təsir edərək beyinin qalan orqanizmlə əlaqəni "kəsir” ki, impulslar ağrıyan yerdən beyinə çatmır. Belə preparatlar adətən cərrahiyyə əməliyyatları, güclü ağrı şoku, güclü xroniki ağrılar zamanı (məsələn, xərçəng xəstələrində) istifadə olunur. Bu, narkotik prepartlardır. Tərkibində morfin, fentanil, promedon və s. bu kimi maddələr olan preparatlar narkotik analgetiklər sayılır. Bu preparatlar alışqanlıq yaradır, böyük dozalarda və daim istifadə etdikdə orqanizmə böyük zərər verir, hətta ölümə səbəb ola bilər. Məhz bu səbəbdən tibbdə bu kimi preparatlar yalnız o hallarda istifadə olunur ki, onlarsız keçinmək mümkün deyil (cərrahiyyə əməliyyatları, ağır travmalar zamanı, ağır xərçəng xəstələrində).

 

Hamıya tanış olan analgin, aspirin, parasetamol, ibuprofen narkotik analgetiklər deyil. Onlar alışqanlıq yaratmır və nisbi təhlükəsiz sayılır. Lakin bu preparatlardan da sui-istifadə etmək olmaz. Əgər ağrı dözümlüdürsə, ağrıkəsici preparat qəbul etməyin, bir qədər gözləyin, ağrı öz-özündən keçə bilər.

 

Həkimlərin müşahidələrinə görə, qadınlar kişilərlə müqayisədə analgetiklərdən daha tez-tez hallarda istifadə edir. Bu preparatlardan sui-istifadə edən insanın immun sistemi zəifləyir, qanın tərkibi pisləşir, qaraciyər, böyrəklər, mədə-bağırsaq sistemində ciddi pozulmalar yaranır.

 

İnsanların əksəriyyəti bu kimi preparatları müxtəlif səbəblərə görə yaranan baş ağrıları zamanı istifadə edir. Sağlam insanda baş ağrılarının səbəbi yorğunluq, yuxusuzluq, stres, bəzən aclıq və s. ola bilər. Bu halda sadəcə bir qədər dincəlmək, uzanmaq, yatmaq lazımdır ki, baş ağrısı keçsin.

 

Bəzən baş ağrısı güclü olur, insana əzab verir və ondan yalnız dərmanın köməyi ilə azad olmaq mümkündür. Bu halda ağrıkəsici dərman qəbul etmək olar. Lakin belə hallar tez-tez təkrarlanırsa, mütləq həkimə müraciət edin. Tez-tez təkrarlanan güclü baş ağrıları müxtəlif və bəzən çox ağır xəstəliklərin əlaməti ola bilər (məsələn, beyinin bədxassəli şişləri).

 

Amerikalı alimlər sübut ediblər ki, baş ağrısı zamanı tez-tez istifadə olunan analgetiklər yeni və daha güclü baş ağrıları tutmalarına səbəb olur.

 

Aspirin ən təsirli və etibarlı analgetiklərdən biri sayılır. Lakin bu preparat bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (məsələn, mədə xorası) və astma xəstəliyi zamanı, hamilə qadınlar və uşaqlar üçün əks-göstərişdir.

 

Analgin, parasetamol və ibuprofen kimi analgetiklər də baş, diş, qulaq ağrıları zamanı yaxşı kömək edir. Diş ağrısı zamanı həbi dişin üzərinə qoymayın, bu kömək etməyəcək və damağın iltihabına səbəb ola bilər.

 

Kəskin spazm xarakterli ağrılar zamanı analgetiklərdən yox, spazmolitiklərdən istifadə edin (məsələn, no-şpa). Qarın ağrıları zamanı analgetiklərdən istifadə etməyin. Bu, təhlükəli ola bilər.

 

Yadınızda saxlayın ki, analgetiklər müalicəvi təsir etmir, onları yalnız ilk tibbi yardım vasitəsi kimi istifadə etmək olar. Bu preparatlar ağrının səbəbini aradan qaldırmır, yalnız insanın vəziyyətini yüngülləşdirir.

 

Ağrıkəsici preparatları qəbul etdikdə çalışın dərmanın ən minimal dozası ilə kifayətlənəsiniz. Belə ki, əvvəl həbin 1/2 hissəsini qəbul edin. Bir çox hallarda bu doza lazım olan effekt verir. Əgər ağrı keçməzsə, qalan 1/2 hissəsini qəbul edə bilərsiniz.

 

Mütəxəssislər ağrıkəsici preparatları həftədə 1-2 dəfədən artıq qəbul etməyi qəti şəkildə məsləhət görmürlər. Əgər siz bu preparatları daha tez-tez istifadə etməyə məcbursunuzsa, bu, anormal sayılır və siz mütləq həkimə müraciət etməlisiniz. /Medicina.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Uşaqpulu mütləq verilməlidir"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!