Təyyarə qəzasından sağ çıxdı

07:54 07-04-2021 | icon 20 | Dünya
Təyyarə qəzasından sağ çıxdı

Çili və Argentina arasında And dağlarında 1972-ci ildə qəzaya uğrayan təyyarədə sağ qalan 16 nəfərdən biri Xose Luis İnkarte başına gələnləri danışıb.

 

Sondakika.com xəbər verir ki, 72 gün həyatda qalmaq üçün mübarizə aparan İnkarte dostlarının cəsədlərini yediklərini bildirib:

 

“And dağları haqqında unutmaq olmur, amma artıq o hadisə həyatımın bir parçası deyil. Bu dərd artıq mənimlə deyil. Həyatda qalmaq istəyirsənsə, başqa yolun yoxdur. Bunu edib etməməklə bağlı iclas keçirdik. Etməmək ölmək demək idi, hamı yeməyə qərar verdi”.

 

İnkarte 1972-ci ildə Santyaqodan Mantevideoya səyahət edən zaman dumanlı havaya görə And dağlarına cırpılan, Uruqvay Hava Yollarına məxsus 571 nömrəli təyyarənin 45 sərnişinindən biri olub. Amerika futbol komandası “Old Christians”la səyahət edən İnkarte onunla birlikdə sağ qalan dostları ilə ölməmək üçün ölən tanışlarının cəsədlərini yeyiblər.

 

Bu hadisə ilə bağlı 1993-cü ildə “Alive” filmi çəkilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

“Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır” - MÜSAHİBƏ

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Bakıya atılan raket və...

İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

“Torpaqlarımızı azad etdik, büdcəmizi isə bu məmurlardan azad edə bilməmişik”

ErMİNAstan…

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

"30 il ərzində kimin kim olduğunu gördük"

"Uşaqpulu mütləq verilməlidir"

Qripin müalicəsi və qorunma yolları

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ