“Faktlar “İsgəndər M” raketinin izlərini Rusiyaya aparır”

12:16 08-04-2021 | icon 46 | Cəmiyyət
“Faktlar “İsgəndər M” raketinin izlərini Rusiyaya aparır”

Şair Ramaldanov: İstintaq gedir və düşünürəm ki, bu barədə dəqiq məlumatlar olacaq”

 

Ermənistanın Qarabağa tətbiq etdiyi “İsgəndər-M” operativ-taktiki raketləri ilə bağlı cinayətin üstünün açılması istiqamətində cərəyan edən proseslər davam edir. Ermənilərin  müharibədə törətdikləri hərbi cinayətlərdə, insanlıq əleyhinə olan vəhşiliklərdə, “İsgəndər-M” raketinin Ermənistana haradan ötürülməsi və sair məsələlər işğalçı ölkə ilə onun havadarlarını da məsuliyyət qarşısında qoymalıdır. Maraqlıdır, Azərbaycana qarşı beynəlxalq cinayətə yol verilməsi faktı ətrafında səngiməyən bu müzakirələr, araşdırmalar ermənilərin Qarabağda tətbiq etdiyi operativ-taktiki raket komplekslərinin “izini” hara aparacaq?

 

Versus.Az xəbər verir ki, hərbi ekspert Şair Ramaldanov şərhində bildirib ki, tədqiqatlar davam edir, faktlar “İsgəndər M” raketinin izlərini Rusiyaya aparır:

 

 “Bu, Rusiya istehsalı olan raketdir və cavabdehlik də Rusiya dövlətinin üzərindədir. Hətta raketlə bağlı məsələ Ermənistanda qaldırılandan bu qalmaqal və söz-söhbətlər səngimir. Hətta ekspertlər Ermənistanın belə bir silahdan istifadə etməyə icazəsinin olmadığını bildirdilər. Biz 44 günlük müharibə zamanı Azərbaycanda Gəncəyə, Bərdəyə, Abşerona atılan ballistik raketlərin düşmənin törətdiyi cinayətkar əməllər olduğunu bilirdik. Lakin bu raketlərin düyməsinin harda basılması, Ermənistana hansı ölkədən göndərilməsi mübahisəli məqam kimi araşdırılır”.

 

Ş.Ramaldanov bildirib ki, bir sıra iddialara görə, həmin raketlərin Qırmızı bayraqlı Suvorov ordenli Cənub hərbi dairəsinin anbarlarından qanunsuz əldə edilib, Livan və Rusiya bankları üzərindən ödəniş həyata keçirilməklə qeyri-leqal olaraq Ermənistana ötürülməsi ilə bağlı ortaya atılan məsələlərlə bağlı araşdırılmanın bitmədiyini və dəqiq müəyyənləşdirilmə aparılmadığını deyib.

 

Ekspert digər tərəfdən, Azərbaycanın Şuşaya raketin atılması ilə bağlı məlumatların olmadığını da vurğulayıb. Şuşada böyük partlayış, dağıntıların olmaması səbəbindən bu raketin həmin əraziyə düşməsi ilə bağlı da mübahisələrin olduğunu deyib:

 

“Hər halda bildirilir ki, raket Şuşaya yaxın ərazidə də düşüb ətraf yerlərə dağıla bilər. Raketin qalıqlarının həmin ərazilərdə aşkarlanması və o yerlərə necə düşməsi barədə çoxlu suallar var.  Fakt odur ki, İsgəndərə aid olan qalıqlar Azərbaycan ərazisindədir. Digər tərəfdən də bu raketin məhz Rusiyanın məhsulu olduğu göstərilir. Rusiyanın özündən də rəsmi açıqlama yoxdur. İstintaq gedir və düşünürəm ki, bu barədə dəqiq məlumatlar olacaq. Hər halda bu araşdırmaların hara aparacağı, kimin iştirakçılığının nə olduğu müəyyənləşdiriləcək”.

 

Hərbi ekspert vurğulayıb ki, burda hansı cinayətlərin olması istintaqdan sonra məlum olacaq. /"həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

“Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır” - MÜSAHİBƏ

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Bakıya atılan raket və...

İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

“Torpaqlarımızı azad etdik, büdcəmizi isə bu məmurlardan azad edə bilməmişik”

ErMİNAstan…

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

"30 il ərzində kimin kim olduğunu gördük"

"Uşaqpulu mütləq verilməlidir"

Qripin müalicəsi və qorunma yolları

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ