Komitə sədri şəhidin ailəsi ilə görüşüb

18:00 08-04-2021 | icon 46 | Cəmiyyət
Komitə sədri şəhidin ailəsi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu Düz Cırdaxan kənd sakini, Vətən Müharibəsinin şəhid Kamran Bayram oğlu Əsgərovun anası Leyla Məhəmməd qızı Əsgərova və qardaşı Vəli Əsgərovla Milli Məclisdə görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

 

"Vətən Müharibəsində tarixi zəfərimiz münasibəti ilə Sizi bir daha təbrik edirəm! Bu zəfərin sevincini, fəxarət və qürurunu ən çox Siz şəhid ailələri haqq edirsiz! Kamran ailəli idi, bir qız, bir oğlu yadigar qalıb. onlar hər birimizin mənəvi övladıdır və ömrü boyu başı dik gəzəcək, qürurla yaşayacaqlar. Bu ömürlük şərəfi onlara şəhid ataları bəxş edib. Kamran Əsgərov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı döyüşlərə könüllü olaraq qatılıb. O, oktyabrın 22-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarının gedişində hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əsgərov "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhid oğlunuzun əziz ruhunu rəhmətlə yad edir, ruhu qarşısında baş əyirik! Sizin kimi vətənpərvər ailələr cəmiyyətimiz üçün örnək təşkil edir. Xahiş edirəm, bizim salamlarımızı ailə üzvlərinizə, bütün doğmalarınıza çatdırasız"!

 

Q.Paşayeva şəhidin ailə üzvlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevi TƏBRİK ETDİLƏR - FOTO

“Ən böyük boşluq əlillik və müavinətlərlə bağlıdır” - MÜSAHİBƏ

Bəhaullah, akademik Kardaşyev və Kosmik Sivilizasiyalar

İş adamına ağır itki üz verib

Rusiyanın Azərbaycanın suverenliyinə qarşı atdığı addımlar

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“Nizami Gəncəvi yaradıcılığına ümumi baxiş” mövzusunda tədbir keçirilib

"Xarici ölkələrdəki səfirliklərimizə müstəqillik verilməlidir” - MÜSAHİBƏ

TBMM-nin HESABATI

Bir gündə 36 nəfər koronavirusdan öldü

DİM imtahan keçirdi

“Bunu eşidəndə çox sevindim”

Xalq artisti vəfat etdi

Azərbaycan XİN-dən həmsədrlərin bəyanatına MÜNASİBƏT

Cismi Cəbrayılda, köynəyi anasının sinəsində torpağa tapşırılmış VAHİD