Üç həftə ərzində iki dəfə hamilə qaldı

08:38 09-04-2021 | icon 16 | Maraqlı
Üç həftə ərzində iki dəfə hamilə qaldı

İngiltərənin Bedfordşir qraflığının sakini Qabriela Krsitmas üç həftə ərzində iki dəfə hamilə qalıb və əkiz uşaq dünyaya gətirib.

 

Bu barədə “The Mirror” xəbər verib.

 

Bildirilir ki, hamiləliyin beşinci həftəsində 30 yaşlı britaniyalının ultrasəs müayinəsi zamanı həkimlər dölün yanında kiçik kölgə görüblər. Yeddi həftə sonra, bunun üç həftə sonra döllənən ikinci uşaq olduğu aydın olub.

 

Həkimlər Kristmasın superfetasiya (qadınların 0.3 faizində rast gəlinən nadir anomaliya) keçirdiyini bildiriblər.

 

Uşaqlar qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər. Böyük qardaş  Eduardo 2,8 kq, kiçik qardaşı Ezra isə 1,98 kq olub. Kristmas  ikinci uşağın vaxtından əvvəl dünyaya gəldiyi üçün reanimsasiyada qalacağından narahat olsa da, o, böyük qardaşı kimi sağlam olub.

 

“Onlar əkizdirlər, çünki eyni gündə doğulublar və eyni valideynləri var. Ancaq bu, eyni anda davam edən iki fərqli hamiləlik idi”, - deyə  Kristmas bildirib.

 

Onun sözlərinə görə, uşaqlara fərqli boylara sahib olduqları üçün fərqli ölçülərdə paltar almalı olur. Bu səbəbdən ətrafdakılar uşaqlarının əkiz olduğuna inanmırlar.

 

“Onlar yüz faiz əkizdir, çünki aralarında güclü bir əlaqə var. Ancaq eyni zamanda tamamilə fərqlidirlər. Eduardo sakit və yaradıcıdır, Ezra səs-küylüdür, hər şeyi dağıtmağı sevir”, - deyə Kritmas vurğulayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

“Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır” - MÜSAHİBƏ

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Bakıya atılan raket və...

İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

“Torpaqlarımızı azad etdik, büdcəmizi isə bu məmurlardan azad edə bilməmişik”

ErMİNAstan…

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

"30 il ərzində kimin kim olduğunu gördük"

"Uşaqpulu mütləq verilməlidir"

Qripin müalicəsi və qorunma yolları

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ