“Təbiətin beşinci qüvvəsi” tapılıb

09:06 09-04-2021 | icon 21 | Maraqlı
“Təbiətin beşinci qüvvəsi” tapılıb

Soyuducunun qapısına yapışdırdığımız maqnitdən tutmuş, basketbol halqasına tərəf uçan topa qədər bütün həyatımız fizika qanunlarına tabedir. Hər gün gördüyümüz bütün işlər qarşılıqlı əlaqələrin dörd fundamental kateqoriyasına tabe olur: elektromaqnit, güclü, zəif və qravitasiya qüvvəsi.

 

Dörd əsas qüvvə kainatdakı bütün cisimlərin və hissəciklərin qarşılıqlı təsirini təyin edir.

 

BBC-nin məlumatına görə, Çikaqo yaxınlığında Batavia qəsəbəsinin laboratoriyasında aparılan “Muon g-2” təcrübəsi zamanı isə yeni – “təbiətin beşinci gücü”nün kəşf olunduğu düşünülür.

 

Məlum olub ki, “Muon”ların  hissəciklərinin davranışı Standart modelə uyğun gəlmir, bu isə Yeni Fizikanın əlaməti sayılır.

 

Britaniya Elmi və Texnoloji Avadanlıq Şurası, təcrübələrin nəticələrinin indiyə qədər bilinməyən bir subatomik zərrəcik və ya yeni qüvvənin varlığına dair güclü dəlillər təqdim etdiyini açıqlayıb.

 

Təəssüf ki, “Muon g-2” təcrübəsinin nəticələri hələ birmənalı şəkildə tam bir kəşf elan etməyə əsas vermir. Bunun statistik bir səhv olma ehtimalı 1/40000-dir. Başqa sözlə, deyilən statistik əhəmiyyət  səviyyəsi 4.1 sigmadır. Kəşfin tanınması üçün bu səviyyə 5 sigma olmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Uşaqpulu mütləq verilməlidir"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!