Əhali yenidən peyvəndlənə bilər

09:30 09-04-2021 | icon 18 | Sağlamlıq
Əhali yenidən peyvəndlənə bilər

“Müəyyən zaman çərçivəsində əhalinin 60-70 faizində koronavirusa qarşı immunitet yaranmasa, xüsusi risk qrupuna daxil olunan şəxslərə yenidən peyvənd vurula bilər”. 

 

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

 

“Pandemiyaya son qoymaq, eyni zamanda əhalini xəstəliyin ağır kliniki gedişatından qorumaq məqsədilə peyvəndlənmə prosesi icra edilir. Lakin əhalinin 60-70 faizində immunitet yaranmasa, nəinki Azərbaycanda, digər ölkələrdə də xüsusi risk qrupuna daxil olunan şəxslərə təkrar peyvənd vurula bilər. Artıq İngiltərədə məlumat yayılıb ki, payızda yaşı 60-dan yuxarı xüsusi risk qrupunda olan şəxslərə peyvəndin yenidən vurulması gözlənilir”.

 

Azərbaycanlı alim onu da qeyd edib ki, qısa zaman ərzində koronavirusa təkrar yoluxma halının olması mümkün deyil:

 

“Koronavirusa yenidən yoluxma məsələsi elmdə çox müzakirə olunan məsələdir. Elmi cəhətdən COVID-19-a yoluxan şəxslərin qısa zaman çərçivəsində, yəni 3-4 ay müddətində virusa yoluxaraq xəstəliyi ağır keçirməsi mümkün deyil. Əgər yoluxsalar belə, mütləq yüngül simptomlarla keçirəcəklər. Onların başqalarını yoluxdurma ehtimalı isə çox azdır”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

“Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır” - MÜSAHİBƏ

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Bakıya atılan raket və...

İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

“Torpaqlarımızı azad etdik, büdcəmizi isə bu məmurlardan azad edə bilməmişik”

ErMİNAstan…

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

"30 il ərzində kimin kim olduğunu gördük"

"Uşaqpulu mütləq verilməlidir"

Qripin müalicəsi və qorunma yolları

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ