"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

11:44 09-04-2021 | icon 99 | Siyasət
"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

Nizami Verdiyev: "Bu, 44 günlük Vətən müharibəsində yaranan milli-mənəvi birliyimizi daha da gücləndirəcək"

 

"Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini erməni faşistlərin işğaldan azad etdi. İndi isə azad olunan ərazilərdə bərpa işləri gedir".

 

Versus.Az xəbər verir ki, bunu aşıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev deyib.

 

Partiya yetkilisi vurğulayıb ki, hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir:

 

”Bu bizim mənəvi borcumuzdu. Hər bir vətəndaş yaranan “Qarabağ Dirçəliş” Fonduna yardımını əsirgəməməlidir. Bu, 44 gün Vətən müharibəsində yaranan milli-mənəvi birliyimizi daha da gücləndirəcək. Gənc nəsildə Vətən, torpaq sevgisini daha da artıracaq. Hesab edirəm ki, bu bərpa işləri nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək və bunula da məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə daha da tez qayıdacaqlar“.

 

“Yaşat Fondun” yaranması və fəaliyyətini müsbət qiymətləndirən N.Verdiyev qeyd edib ki, hər bir vətəndaş “Qarabağ Dirçəliş” və “Yaşat” Fonduna verdiyi dəstəyini davamlı etməlidir. Xüsusilə “Yaşat” Fonduna:

 

"“Yaşat” Fondunda yığılan könüllü ödəmələrdən şəhid ailələrə, yaralanan şəxslərə maliyyə yardımları olunacaq. Məndə olan məlumata görə, Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri: məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi üçün nəzərdə tutulub. Artıq müharibə zamanı bədənlərinin hər hansı bir üzvünü itirmiş qazilərin Türkiyəyə aparılaraq protezlərin hazırlanması və təqdim edilməsi ilə bağlı məlumatlar var.

Bir sözlə, hər birimizin qazilərə borcumuz var. Heç olmasa “Yaşat” Fondun vasitəsilə onlara bu formada dəstək olaq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Uşaqpulu mütləq verilməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!