“Əjdaha” artıq Bakıdadır - ƏN BAHALI NOUTBUK

10:22 15-04-2021 | icon 41 | Maraqlı
“Əjdaha” artıq Bakıdadır - ƏN BAHALI NOUTBUK

Bu ilin 13 yanvar tarixində 35 illik yubileyini qeyd edən Tayvan şirkəti MSI (www.msi.com) yeni modellərin onlayn təqdimatını keçirib.

 

“GE76 Dragon Edition Tiamat” noutbukunun əsasını qədim mifoloji motivlərlə unikal və eksklüziv dizayn təşkil edir. Ümumiyyətlə, MSI markalı oyun noutbukları müasir texnologiyalar, keyfiyyət və performansına görə hər zaman dünyada kompüter oyun həvəskarları arasında yüksək qiymətləndirilir. Bu modellə bağlı isə elə təqdimatın ilk günlərindən oyunçular arasında və ictimaiyyətdə çox böyük maraq və həyəcan var idi. 

 

Vurğulamaq lazımdır ki, bu eksklüziv modelin dizaynı sadəcə möhtəşəmdir. Dizaynerlər qədim Tiamat ilahəsindən ruhlanaraq bu noutbukun üst qapağı və korpusunda həmin ilahənin müxtəlif rəsmlərini, mifologiya ilə bağlı elementləri xüsusi oymalarla, lazer işləmələrlə hazırlayıb. 

 

Modelin məhz “Dragon Tiamat” adlandırılması heç də təsadüfi deyil. Qədim Mesopatamiyada tanrıların anası sayılan Tiamat həyatın başlanğıcı, bəşəriyyətin mövcudluğu, güc və qüdrət simvolu hesab olunurdu. Modeli belə adlandırmaqda məqsəd MSI oyun noutbuklarında yeni bir səhifənin, dövrün başlandığına işarə etməkdir. Tiamat ilahəsindən ilhamlanan “MSI GE76 Dragon Edition” tək unikal dizaynı ilə deyil, həm də yüksək texniki parametrlərinə görə öz sələflərindən fərqlənir. “Tiamat” modeli güclü “Intel Core i9” prosessor, 64GB RAM, 2TB SSD və ən yeni 16GB “NVIDIA GEFORCE RTX3080” videokart ilə təchiz olunub ki, bu da sözsüz “KOMPÜTER OYUNLARINDA YENİ DÖVRÜN BAŞLANĞICI” deməkdir.

 

Sevindirici haldır ki, “Aztech” şirkəti MSI-ın Azərbaycandakı rəsmi partnyoru olaraq, həmin modeli sifariş etməyə müvəffəq olub. Möhtəşəm “Tiamat” modeli əslində çox məhdud sayda, dünyada cəmi 150 ədəd istehsal edilib. Rusiya, Türkiyə, Orta Asiya və Ərəb Əmirlikləri kimi bazarlarda bu eksklüziv model hələ də satışda yoxdur, amma “Aztech” şirkətinin nüfuzu və səyləri nəticəsində ölkəmiz üçün xüsusi olaraq sifariş olunmuş bu model artıq Bakıdadır və satışa çıxarılıb. Modellə ətraflı tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz:

 

https://aztech.az/product/2021-msi-ge76-dragon-tiamat-10uh-623az/

23 il kompüter avadanlığı bazarında uğurlu fəaliyyət göstərən “Aztech” şirkəti bugün “ASUS”, “LENOVO”, MSI kimi kompüter brendləri rəsmi təmsil edir. 2019-cu ilin sonunda şirkət MDB məkanında bizdən öncə ancaq Rusiyada fəaliyyət göstərən rəsmi “ASUS BRAND STORE” mağazasının qapılarını müştərilərinə açdı. Məhz “Aztech” hər zövqə və büdcəyə uyğun ən son, ən yeni modelləri hər zaman bazara təqdim edərək, alıcıları sevindirir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?