Komitə sədri daha bir şəhid ailəsi ilə görüşdü

11:36 15-04-2021 | icon 46 | Cəmiyyət
Komitə sədri daha bir şəhid ailəsi ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Samux rayonunun Cobanabdalı kənd sakini, Vətən Müharibəsinin şəhidi Arif Həmzəyevin atası Muradcan Həmzəyevlə Milli Məclisdə görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili şəhidin həyatı, döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

 

"Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək 19 yaşında öz canını fəda etmiş əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə təbriki, qüruru ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Arif 04.07.2019-cu ildə həqiqi hərbi xidmətə gedib, Ağcabədidə “N” saylı hərbi hissədə xidmət edib. Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılan Arif Cəbrayıl, Qubadlı istiqamətində fədakarlıqla döyüşüb və Qubadlıda şəhid olub. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına” medalları ilə təltif olunub. Arif kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"!

 

Q.Paşayeva şəhidin atasına Komitə adından Məktub və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

 

Görüşdə Axıska Türklərinin "Vətən" Cəmiyyətinin başqanı İsmayıl Rəhimov, Cəmiyyətin Qərb bölgə başqanı Əhməd Cabbarov, Cəmiyyətin məsul əməkdaşı Emil Rəhimov iştirak edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?